“AzInTelekom”da ciddi dəyişiklər: 6 yeni təyinat baş tutub

02 aprel, 2022 0 883


“AzInTelekom”da ciddi dəyişiklər: 6 yeni təyinat baş tutub


Azərbaycanda dövlətə məxsus olan və Azercell Telekom-un əsas səhmdarı “AzInTelekom” MMC-də təyinatlar olub.

HR-AZ.com Banker.az-a istinadən xəbər verir ki, İnarə Vəliyeva telekommunikasiya şirkətinin İdarə Heyətinin üzvü seçilib.

Səməd Seyidov “AzInTelekom”un Keyfiyyətə Nəzarət departamentinin direktoru (baş inzibatçı), Sadiq Yolçuyev İnformasiya təhlükəsizliyi departamentinin direktoru, Emin Novruzov Rəqəmsal Həllər departamentinin direktoru, Esmira Səmədova Layihələrin İdarəolunması departamentinin direktoru və Renat Rüstəmov İnsan Kapitalının İdarəolunması departamentinin direktoru təyin edilib.

Qeyd edək ki, “AzInTelekom”un İdarə Heyətinin sədri yeni dəyişib. O bu vəzifəyə 2022-ci ilin yanvarında Elxan Əzizov təyin edilib.

1986-cı il təvəllüdlü İnarə Vəliyeva Azərbaycan Neft və Sənaye Universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə magistr təhsili alıb. “Erickson Coaching International” tərəfindən sertifikatla təltif olunub.

İ.Vəliyeva ”Procter & Gamble” şirkətində marketinq direktoru, “Dərs evi”ndə direktor müavini vəzifələrində çalışıb.

1981-ci il təvəllüdlü Sadiq Yolçuyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi, İnformatika və hesablama texnikası, Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış layihələşdirmə sistemləri (sahələr üzrə) ixtisası üzrə magistr təhsili alıb.

S.Yolçuyev “İnformatika” EİB Bakı Elmi -Tədris Mərkəzində Böyük texnik, Azərbaycan Respublikası Mərkəzi Bankında Böyük təhlükəsizlik inzibatçısı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Baş məsləhətçi vəzifələrində çalışıb.

1989-cü il təvəllüdlü Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarə oluması ixtisası üzrə magistr təhsili alıb.

S.Seyidov “AzMeCo” MMC Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarə etmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı Rəhbəri vəzifələrində çalışıb.

1986-ci il təvəllüdlü Emin Novruzov Mingəçevir Dövlət İnstitutunun “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılması sistemləri” İnformatika və hesablama texnikası ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya sistemləri ixtisası üzrə magistr təhsili alıb.

E.Novruzov Məlumat Hesablama Mərkəzində Proqramçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində şöbə müdirinin müavini vəzifələrində çalışıb.

1984-cü il təvəllüdlü Esmira Səmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı çərçivəsində Biznesin idarə olunması ixtisası üzrə magistr təhsili alıb.

Karyerasına pedaqoji fəaliyyətlə başlayıb,daha sonra Expressbank ASC-də aparıcı mütəxəssis, PAŞA Həyat Sığorta ASC və PAŞA Sığorta ASC şirkətlərində layihələrin idarəolunması üzrə baş mütəxəssis, Agile Kouç vəzifələrində çalışıb. Məlumat Hesablama Mərkəzində Layihələrin idarəolunması şöbəsinin müdiri vəzifəsində işləyib. Hal-hazırda “AzInTelecom” MMC-nin Layihələrin idarəolunması departamentinin direktorudur. Project Management Professional (PMP) və Agile Certified Practitioner (PMİ-ACP) sertifikatlarına sahibdir.

1987-ci il təvəllüdlü Renat Rüstəmov Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi, “CIPD CHRM” və “Mannheim Business School – GIZ Manager Training Programme” üzrə təhsil alıb.

R. Rüstəmov “Aztikintiyol” MMC-də Menecer, “Yalama Aqropark” MMC-nin Direktor müavini, “Sumqayıt Texnologiyalar Parkı” MMC-də Menecer, “STP GLOBAL”MMC-nin Direktor vəzifələrində çalışıb. Hal-hazırda “AzInTelecom” MMC-nin İnsan kapitalının idarəolunması departamentinin direktorudur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə