2017-ci ilin noyabrında İtaliyada işsizlik səviyyəsi 11 faizə düşüb.
HR-AZ.com xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (İSTAT) məlumat yayıb.
İSTAT-ın məlumatına görə, ölkədə işsizlik səviyyəsi 2016-cı ilin noyabr ayı ilə müqayisədə 1 faiz aşağı enib. Bildirilir ki, noyabr ayına olan məlumatlara əsasən, işsizlərin sayı 2,855,000 nəfər təşkil edib. Bu rəqəm oktyabr ayının göstəriciləri ilə müqayisədə 18000 nəfər, 2016-cı ilin noyabr ayı ilə müqayisədə isə 243,000 nəfər azdır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
AzerTac