Əmək Məcəlləsinə dəyişiklik layihəsi: Yeni əlavə məzuniyyət növü əlavə edilir

17 noyabr, 2022 11 894


Əmək Məcəlləsinə dəyişiklik layihəsi: Yeni əlavə məzuniyyət növü əlavə edilir


HR-AZ.com xəbər verir ki, dəyişiklik layihəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi veb səhifəsində məlumat yer alıb. Layihəni sizə təqdim edirik:

16 noyabr 2022
Layihə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 ( I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddəyə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla).”;

1.2. 16-cı maddənin 2-ci hissəsinə “digər şəxslərə” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 21-1-ci və 118-1-ci maddələr əlavə edilsin:

“Maddə 21-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri

21-1.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

21-1.1.1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;

21-1.1.2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;

21-1.1.3. mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

21-1.2. Bu Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.”;

“Maddə 118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.”;

1.4. 43-cü maddənin 2-ci hissəsinin “b)” yarımbəndinə ikinci halda “hüquqi” sözündən sonra “və faktiki fəaliyyət göstərdiyi” sözləri, ikinci halda “ünvanı” sözündən sonra “, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı,” sözləri əlavə edilsin;

1.5. 159-cu maddənin 1-ci hissəsinin birinci cümləsinə “işçilərin” sözündən sonra “və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin” sözləri əlavə edilsin;

1.6. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın 1.1-ci bəndinə hər iki halda “(VÖEN)” sözündən sonra “, faktiki fəaliyyət göstərdiyi ünvanı” sözləri, 1.2-ci bəndinə “iş yerinin adı” sözlərindən sonra “, faktiki fəaliyyət göstərdiyi ünvan” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Azərbaycan Respublikasının Prezidenti











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Sonora16 sentyabr 2024, 20:52
This post is priceless. How can I find out more?


Here is my webpage Lyra
Nicholas28 sentyabr 2024, 08:00
Thhis permits for a pretty authentic playing expertise across the board.


Herre is my blog post :: 온카사이트
Cara28 sentyabr 2024, 08:47
Social gambling will act as an educational and recreational
product for on the internet gamers in the United States.

My site; Hcc-Ua.com
Ted28 sentyabr 2024, 18:39
Watching others play cuts across the ‘lean back’ passive
media consumption that produced legacy television so sticky.


Stop by my blog - Bravacos.com
Dorothy3 oktyabr 2024, 18:57
BetMGM Sportsbook has earned its status as a outstanding participant in the
sports betting trade.

Here is my blog: here
Zachery3 oktyabr 2024, 19:54
Players who nded extra anonymity can use ceypto funds instead of conventional strategies.


Here is my web-site :: 토토커뮤니티
Krystyna4 oktyabr 2024, 20:42
That contains rating and reviewing all betting sites that accept UAE residents.


Check out my blog: 메이저사이트
May4 oktyabr 2024, 21:09
Learning to learn and interpret these odds lets you plsce educated wagers
and opotimize your betting potential.

Feel free to visit my blog post; read more
Shelly6 oktyabr 2024, 03:24
One necessary facet of NASCAR betting odds is the vigorish, which is the
fee charged by the spoortsbook on each wager.


Feel free to visit my web site - get
more info
Alexis6 oktyabr 2024, 18:44
In today’s betting world, iit should take les han five enterprise days for digital payouts to be processed and funds
to be transferred to the player.

Look at my blog post ... read more
Vicky6 oktyabr 2024, 19:22
Caesars arrived in North Carolina the identical day
that online sports activities betting debuted there.


my blog more info
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə