Mart ayında bayramlarla əlaqədar səkkiz qeyri-iş günü olacaq.
2018-ci ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Qeyd edək ki, şənbə və bazar günləri nəzərə alınmaqla, ümimlikdə 15 gün istirahət edəcəyik.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
AzNews.info