Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 3-17/3-5-31/2024 saylı qərarı ilə 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqlənib.
Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2024-cü il 11 dekabr tarixli 521 nömrəli Qərarına əsasən 2025-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
30, 31 mart – Ramazan bayramı;
9 May – Faşizm üzərində Qələbə Günü;
28 May – Müstəqillik Günü;
6, 7 iyun – Qurban bayramı;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr – Zəfər Günü;
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com