İş elanını yalnız "xanım namizədlər"-ə ünvanlamaq qanuna uyğundurmu?

31 mart, 2018 0 1 441


İş elanını yalnız "xanım namizədlər"-ə ünvanlamaq qanuna uyğundurmu?


Bir çoxlarımız gündəlik iş elanlarına nəzər yetirərkən, "yalnız xanım namizədlər" üçün elanın dərc olunduğunun şahidi oluruq. Bu barədə bir çoxları öz narazılıqlarını sosial şəbəkələrdə bildirirlər. Bəs görək qanun bu barədə nə deyir? HR.AZ.com olaraq bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

Əmək Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə nəzər yetirək:

Maddə 50.2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.


Bu bəndin 3-cü cümləsində açıq-aydın qeyd olunub ki, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.
Lakin istisnanın da mümkünlüyü bildirilir. Bəs nə zaman istisna hallar mümkün ola bilər? Bununla bağlı "Gender bərabərliyi haqqında" Azərbaycan Respublikasının 10 oktyabr 2006 - cı il tarixli qanununa nəzər yetirək. Qanunun 10-cu maddəsi işə qəbulla bağlı bir sıra məqamları özündə əks etdirir:

Maddə 10. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan
10.1. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir.
10.2. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır.
10.3. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.
10.4. Bu Qanunun 10.3-cü maddəsində göstərilən elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olsun və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin.


Buradan belə aydın olur ki, əmək funksiyalarının xüsusiyyətlərini nəzərə alaraq yalnız xanım namizədlər üçün elan verilməsi mümkündür.
Bu xüsusiyyətləri təbii ki, bir çox şirkət özünə uyğun şəkildə anlayacaq və ya anlamaq istəyəcək. Ümid edirik ki, qanun tələblərinin pozulmaması üçün, şirkətlər bu məsələdə hüquqşünasların məsləhətlərindən yararlanacaqlar.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə