Azərbaycanda işləyən pensiyaçıların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi təklif edilir.
Oxu.Az xəbər verir ki, bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində yer alıb.
Bildirilir ki, işləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Oxu.Az