Beşdən çox uşağı olan qadınlara müavinətin miqdarı 30 manatdan 33 manata qaldırılıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Qeyd edək ki, bu fərman “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan prezidentinin 2018-ci il 23 fevral tarixli sərəncamının icrası ilə əlaqədar imzalanıb. Həmin sərəncamda beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin 10 faiz artırılması nəzərdə tutulub.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
APA