Rəqəmsallaşma getdikcə geniş vüsət alır, bu da yeni sahələrə ehtiyac yaradır. Bəzi iqtisadçıların fikrincə dünyada mövcud olan rəqəmsallaşma karyera seçiminin da dar aralıqdan çıxıb daha çox ixtisas sahələri yaradılmasına səbəb olacaq, bu isə o deməkdir ki, işsizlik azalacaq. Dünyanın əksər HR-larının fikrinə görə gələcək nəsillər üçün indiki ixtisaslar çox adi hala gələ bilər, amerikadakı bir araşdırmaya görə internetin qlobal sistemə təsiri mühasib, xəzinədar, bank işçisi kimi karyera sahələrinin robotlarla əvəz edilməsinə gətirib çıxardır. Hətta aparılan digər araşdırmaya görə, 2 il ərzində bəzi meqapolis şirkətlər işçilərində ixtisarlar edərək yeni ixtisaslar üzrə vakansiyalara elan etməyə başlayıb. Bəs yeni yaranan ixtisas sahələri hansılardır?
1) Rəqəmsal müfəttiş
Artıq insanlar haqqında datalar müxtəlif internet portallarında yığılmağa başlayıb. Avropanın əksər insan resursları menecerlərinə görə işə qəbul zamanı dataların onlayn olaraq yığılması həm güvənlilik tərəfindən, həm də rahatlıq üçün əsas addımlardan biri hesab olunur. Lakin onlayn sistemdə yığılmış rəqəmsal dataların qorunması və sistemə yerləşdirilməsi hazırda ən problemli məsələlərdəndir. Rəqəmsal müfəttiş adlanan ixtisas sırf bu datalarla məşğul olaraq insan resursları departamentinin yükünü demək olar ki azaldacaq.
2) Tullantılar üzrə menecer
Nə qədər sizə qəribə gəlsə də, Massachusetts texnologiya insitutu, Cambridge universiteti ve Stanford universiteti bu sahədə peşəkar işçilər hazırlayır. Deyilənə görə Çin və Yaponiya növbəti ildə bu sahə üzrə işçilər cəlb edəcək. Əslində bizim ölkədə bu sahənin tətbiqi az olsa da, ümidvaram ki nə vaxtsa bizdə də belə sahələrə maraq yaradılar.
3) Alternativ enerji mənbələri üzrə məsləhətçi
Dünyanın alternativ enerji mənbələrinə maraq salmasından sonra Amerika universitetlərin əksəriyyəti artıq bu ixtisasları tədris etməyə başlayır. Əslində bu iş üçün maaş aralığı 500-1500 dollar aralığında olacağı proqnozlaşdırılsa da, bu sahə üzrə tədris alanların həm humanitar həm də dəqiq elmləri bilməsi tələb olunur.
4) Tibbi rəqəmsal məsləhətçi
Dünyanın ən böyük 10 xəstəxanasının baş həkimlərinə görə illər sonra tibb sahəsi də robotlaşacaq. Yəni əməliyyatlara robotlar girməyə başlayacaq. Sırf buna görə də həmin robotlardan başı çıxan, onları idarə etməyi bacaran məsləhətçilərə ehtiyac var.
5) Kosmos stüardessası
Elon Muskdan sonra marsa səyahət ehtimalları üzərində dayanılır. Buna görə də səyahətlər zamanı ən yaxın kosmos stansiyasına bələdçilərin olacağı proqnozlaşdırılır. Hətta Norveç, ABŞ, Rusiyada əksər şirkətlər kosmos turizmi (kosmos biznesi) adlanan sahədə fəaliyyət göstərməyə başlayıb. Bu da normal olaraq, kosmos pilotu, kosmos tur rəhbəri kimi sahələrin yaradılması deməkdir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az