Bu gün şirkətimizə gələn bir çox sualları özündə əks etdirən cavab məqaləsini yazmaq qərarına gəldik. Bizə bir çox hallarda niyə “CV-mi göndərməyimə baxmayaraq İnsan Resursları mütəxəssislərindən (HR -lardan) heç bir cavab gəlmir” deyə suallar verilir. “Bəzən bir e-mail və ya telefon zəngi alırıq, lakin bir çox hallarda heç bir şey eşitmirik”...
CV göndərdikdən sonra belə səssizlik artıq normal hala çevrilibsə bunun səbəblərini axtarmaq mütləqdir. İşəgötürənlər və karyera konsultantlarının rəyinə görə, əgər CV göndərdikdən və/və ya müsahibə mərhələsindən sonra rekruter komandasından heç bir zəng və ya e-mail almırsınızsa, bu dörd səbəbdən ən azı birini incələməkdə fayda var:
Siz kifayət qədər yaxşısınız, lakin başqa bir namizədin peşəkar xüsusiyyətləri daha yaxşıdır və ya CV-də daha yaxşı qabardılmışdır. Hazırki əmək bazarında işəgötürənlər adətən istədikləri namizədin tipini tam olaraq əldə edə bilərlər- bir sözlə rəqabət həqiqəqətən böyükdür və maksimum dərəcədə özümüz və CV-mizin üzərində çalışmalıyıq;
CV-də açar sözlərdən istifadə etmirsiniz və ya onlardan yanlış istifadə edirsiniz. Bir iş elanına cavab verirsinizsə, şirkətin spesifik olaraq yerləşdirdiyi vakansiya üzrə müraciət etməyə çalışın. Düşünün ki, rekruterlərin CV-ləri incələməyə cəmi bir neçə saniyyə (!) vaxtları olur- onlar CV-yə və ya istək məktubunuza baxan kimi sizin bu vəzifəyə uyğun olduğunuzu görməlidirlər. Məsələn, əgər vakansiyada ACCA-sertifikatı olan mütəxəssis axtarılırsa, o zaman siz “müxtəlif maliyyə sertifikatlarına sahibəm” yazmayın- məhz “ACCA” yazın. Bu kimi digər xırdalıqlara da fikir verin. Müəyyən bir vakansiya üzrə müraciət etmirsinizsə, və yüzlərlə məktub göndərirsinizsə, CV-niz sonda şirkətlərin spam qovluqlarına düşə bilər;
Doğru təəsürat bağışlamırsınız. Unutmayın – sizin rekruter tərəfindən qiymətləndirilmə artıq e-mail ünvanınızın adından, CV və istək məktubunu göndərdiyiniz vasitələrdən, yazdığınız e-mail-in mətni və yazılış formasından başlayır. Bəzən e-mail, CV və ya istək məktublarında qrammatik səhvlərə belə rast gəlinir. Çox yaxşı olar ki, vakansiya üzrə şirkətlərə müraciət etməkdən əvvəl bir yoldaşınıza, və ya bu yolda güvəndiyiniz bir mütəxəssisə yoxladasınız- sizin üçün CV göndəriyiniz zaman düzgün təəsürat yaratmaq çox vacibdir. Təbii ki, əgər CV-də əks olunan iş təcrübəsi vakansiyanın tələblərinə cavab vermirsə, o zaman doğru təqdimat şəkli vəziyyəti xilas etməz, lakin iki namizəd arasında seçim aparılarsa doğru və peşəkar təəsürat bağışlayan namizəd təbii ki, bir addım öndə olacaqdır.
Bəzən isə sizdən asılı olmayan səbəblər də ola bilər. Belə ki, bəzi hallarda, büdcə kəsintilərinə görə, şirkətlər paylaşdıqları vakansiyanı aradan qaldıra bilər. Lakin elə hallar da olur ki, şirkətlər heç bir vakansiya olmasa belə, yenə də iş elanı yerləşdirirlər. Beləliklə də onlar seçim prosesinin çox şəffaf keçdiyini göstərmək istəyirlər. Digər bir səbəb isə gələcəkdə də açılacaq vakansiyalar üçün böyük namizəd seçiminə ehtiyac duymalarıdır.
Yuxarıda sadaladığımız səbəblərdən hər hansı biri sizə tanış gəlirmi?!
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Gojob.az