Şirkətlər CV-də nəyə diqqət edir?

24 mart, 2018 1 2 981


Şirkətlər CV-də nəyə diqqət edir?


Bizi adətən CV-nin hazırlanması və iş axtarışı üzrə məsləhətlərin reallıqdan uzaq olmasında günahlandırırlar.

Müəyyən dərəcədə bu doğrudur: düzgün məsləhət vermək üçün vəziyyəti bir neçə tərəfdən qiymətləndirmək lazımdır. Bu arada ən çətin proqnozlaşdırılan hissə işəgötürənin fikridir. Biz www.gojob.az olaraq şirkətlərin CV-də ilk növbədə nələrə diqqət yetirdiyi və bu bəndləri necə qiymətləndirdiyi haqda müxtəlif fikirlər topladıq. Ən vacib bəndlərin təcrübə, iş yerinin sayı və fotoşəkil olduğu məlum oldu.

Fotoşəkil: ya ciddi şəkil, ya da ümumiyyətlə şəkilsiz.

İstənilən şəkil diqqət cəlb edir və bu CV-yə də aiddir. HURMA Recurtment-in direktoru hesab edir ki, fotoşəkilə görə işəgötürən sizin zövqünüzü və hansı korporativ mədəniyyətə malik olduğunuzu qiymətləndirir.

“Çimərlik paltarında və ya şpaqat açmış vəziyyətdə çəkilmiş fotoşəkil heç də düzgün seçim deyil. Fotoşəkil seçərkən işə düzəlməyi planlaşdırdığınız şirkət haqqındakı məlumatları ətraflı öyrənin. Əgər otelə CV göndərirsinizsə gündəlik paltarda şəkil tamamilə yersizdir”.



Fotoşəkilli CV daha yaxşı təsir bağışlayır, lakin uğursuz seçilən təsvir namizədin ziyanına işləyə bilər.

“Məsələn, çimərlik paltarındakı bütün fotolar, paltar dəyişmə kabinəsindəki və ümumi güzgüdə çəkilmiş bütün şəkillər. Əgər başqa şəkliniz yoxdursa, CV-yə şəkil qoymayın.”


HR mütəxəssislər məsləhət görür ki, CV-yə foto əlavə etməzdən əvvəl minimum üç nəfərlə məsləhətləşin. Toy libasındakı və ya uşaqla olan şəklinizi ailə albomu üçün saxlayın. İşəgötürənə üzün yaxşı göründüyü 3*4 formatda sadə fotoşəkil kifayətdir. Bəziləri düşünür ki, namizədin fotoşəkili yalnız insanlarla ünsiyyət qurmaq işi üzrə mütəxəsis axtararkən vacibdir. Lakin heç də bütün işə götürənlər belə hesab etmir. İT mütəxəsislər üçün foto çox vacibdir. Şəkilə görə başa düşmək olar ki, insanda özünü təqdim etmə vərdişləri hansı səviyyədədir. Namizəd öz CV-sini yaxşi tərtib etməlidir. Əgər şəkil qoymamısınızsa bu o deməkdir ki, ya unutmusunuz, yəni ən məsuliyyətli addıma laqeyd yanaşmısınız, ya da bunu etmək istəməmisiniz - sadəcə “belə də keçər” prinsipi ilə yaşayırsınız.

İş yerlərinin sayı: şirkətlər stabil namizədləri gözləyirlər.

Bu bənddə işəgötürənlər bizim tərəfimizdən buraxılmış bütün nöqsanları nəzərdən keçirirlər. Qısa zaman ərzində əmək kitabçasında çox saylı qeydlər olan namizədlər onlarda inam yaratmır. Coca–Cola şirkətinin istedadların identifikasiyası və cəlb edilməsi üzrə meneceri hesab edir ki, əgər insan hər il bir şirkətdən digərinə keçirsə, bu o deməkdir ki, karyera pilləkəni boyunca yuxarıya doğru öz yolunu dözümlü şəkildə davam etdirməyə vərdiş etməyib.

“Biz komandaya sistemin mədəniyyətinin daşıyıcısı olacaq və planlı şəkildə öz ustalıq səviyyəsini yüksəldəcək uzunmüddətli perspektivi olan əməkdaşları cəlb etmək fikrindəyik’’ – deyə o əlavə edir.


“Işaxtaranın nöqsansız təcrübəsi ola bilər, amma stabillik mütləqdir. Əgər adam hər 7–12 aydan bir iş yerini dəyişirsə, bu, onun namizədliyinə baxılmasından imtina üçün tutarlı səbəbdir”.



Əgər işaxtaran hər birində 2 ay işləməklə çox iş yeri dəyişibsə bu şübhə doğurur, Bogush Time-ın HR direktoru hesab edir:

“Bu onun intriqalı, öz maraqlarını güdən və qeyri-müəyyən şəxs olduğuna dəlalət edə bilər. Əksinə əgər CV-də uzunmüddətli, karyera yüksəlişli, bir neçə iş yeri göstərilibsə, sizin qarşınızda stabillik axtaran, karyera pilləkənləri ilə yüksəlməyə hazır olan əsl zəhmətkeş insan durur”.

Əgər bu hal sizinlə baş verərsə işəgötürənə iş yerinizi tez-tez dayişməyinizin səbəblərini necə izah edəcəyinizi əvvəlcədən fikirləşin.


İş təcrübəsi: öhdəliklər vəzifələr və əvvəlki işəgötürənlər.

Hər şirkətdə təcrübəyə tələb müxtəlifdir. Bununla belə arzuolunan vəzifəyə namizədin təcrübəsinin uyğunluğu – bütün işəgötürənlər üçün başlıca şərtdir. Bizim tez-tez aldığımız CV-lərin aşağıdakı tərkibləri sizi çox təəccübləndirəcək:

“Mən həyatım boyu kosmik gəmi layihələndirmişəm , lakin İT–analitik olmaq arzusundayam”, “Tələb olunan təcrübə yoxdur, yeni heç nə öyrənməmişəm, ümid edirəm siz mənə hər şeyi öyrədəcəksiniz, işlər mənim xoşuma gəlir.”- işaxtaranların CV-si təxminən belə mənzərə yaradır. Lakin bəzi şirkətlər güzəştə getməyə hazırdır.



“Əgər təcrübəsi bizim tələblərimizlə uyğun gəlmirsə, ancaq namizəd qətiyyətlə köklənibsə, çox öyrənməyə və işləməyə hazırdırsa, onun bizim komandaya qoşulmaq şansı var. Məsələn biz Perl–proqramist axtarırıq, lakin proqramlaşdırmanın başqa dillərini bilən və Perl-ə keçməyə hazır olan namizədləri də nəzərdən keçiririk”.



Maraqlıdır ki, işəgötürənlər təkcə vakant yerlərə tələblərin uyğunluğunu və keçmiş iş yerlərindəki öhdəliklərini qiymətləndirmir. Bəzi hallarda keçmiş işəgötürən kompaniyanın adı və ya iş sferası çox məna verir. Bu özünəməxsus profesional deformasiyadır. Məsələn, premium brend avtosalonlar, ölkədə istehsal edilən avtomobillərin satışı üzrə keçmiş menecerləri və Avropadan avtomobil gətirməkdə böyük təcrübəsi olan alverçiləri işə götürmür. PR Inc.-in qurucusu əmindir ki, əgər iş axtaran yüksək vəzifəyə namizədliyini irəli sürürsə, onun 5 – 10 illik təcrübəsi olmalıdır. O deyir:



“İndi institutdan sonra cəmi 2 il təcrübəsi olan gənc mütəxəsislər şöbə rəisi vəzifəsinə can atırlar. Biz eləcə də namizədin yerinə yetirdiyi tapşırıqların siyahısına baxırıq. Əgər hətta adam iri məşhur şirkətdə işləyibsə, lakin onun öhdəlikləri bu şirkətdə görəcəyi işlərdən köklü sürətdə fərqlənirsə, o, yalnız başlanğıc mərhələyə ümid edə bilər”.



Keçmiş öhdəlikləri və uğurları, şirkətin adı və əməkdaşlıq etdiyiniz adamların adları ilə birlikdə maksimum dərəcədə ətraflı təsvir etmək lazımdır. Üzərində işlədiyiniz konkret layihələri sadalayın. Tanış ad və ya layihə işəgötürən üçün ipucu ola bilər. Sizin tutmaq istədiyiniz vəzifə vakansiyada göstərilənlə sözbəsöz uyğun gəlməlidir.


“Bu namizədin məqsədinin ciddiliyindən xəbər verir və rekruterin işini asanlaşdırır” – FM Logistic personal şöbəsinin rəhbəri bildirir.

Əgər siz eyni zamanda müxtəlif kompaniyalarda bir neçə pozisiyanı nəzərdən keçirirsinizsə, hər biri üçün ayrılıqda CV tərtib etməyə tənbəllik etməyin.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gojob.az
Oxşar məqalələr
Şərhlər
Mariachristina23 iyul 2024, 04:22
Hey there! This is my first visit to your blog!

We are a group of volunteers and starting a new
project in a community in the same niche. Your blog provided us useful
information to work on. You have done a marvellous job!


Feel free to visit my web blog ... Shatyra
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə