Siz bizə uyğun deyilsiniz. Necə reaksiya verək?

23 aprel, 2017 0 1 040


Siz bizə uyğun deyilsiniz. Necə reaksiya verək?


İşaxtarana imtina ilə bağlı cavab yaxşı olar ki, ən qısa müddət ərzində verilsin. Bunu email, sms vasitəsilə yazılı formada və ya zəng edərək şifari formada işaxtarana bildirmək mümkündür. Ola bilsin ki, bununla da şəxsən rekruiterə və ya şirkətin tərəfinə xoşagəlməz ifadələr səslənəcək. Əslində, imtina ilə bağlı məlumatın işaxtarana çatdırılmasından şəxsən rekruiterin və şirkətin imici formalaşa və ya əksinə darmadağın ola bilər...

Bu həqiqətən yaralı bir məsələdir, işaxtaranlar mənfi belə olsa onlara vaxtında cavab verilməsini istəyirlər.


Rekruiterlərin bir çoxu isə, uğursuz müsahibədən sonra namizədlərlə əlaqəni kəsir və işaxtarana heç bir məlumat vermir. Rekruitinqdə bu yaralı bir mövzudur. İşaxtaranlara isə məsləhət belədir: Əgər siz lazım olsanız sizi yerin altından belə tapacaqlar - zəng edəcəklər, yazacaqlar, Facebook və ya Whatsapp-dan tapacaqlar.

  • Sadəcə əlaqədə qalmaq lazımdır, poçt qutusunu daim yoxlamaq, zəng və sms-lərə cavab vermək
  • Əgər müsahibədən sonra heç bir cavab gəlməyibsə, zəng edib maraqlanmaq və ya "Xahiş edirəm, məlumat verəsiniz" tipli xoş bir məktub yazmağınız məsləhətdir.
  • Lakin sizə, "Digər namizədlərlə müsahibələr davam edir, xahiş edirik gözləyin. Biz sizinlə əlaqə yaradacayıq" tipli cavab gəlirsə rekruiteri çox narahat etməsəniz yaxşıdır


Bəzən, işaxtaranlar gündə 3 dəfə zəng edərək müsahibə nəticəsi ilə maraqlanırlar. Gözləmə müddəti uzun çəkə bilər. Vakansiyanın səviyyəsi nə qədər çoxdursa, bir o qədər işəgötürən tərəfindən gec qərar verilir və gec cavab verilir. Məsələn, TOP-Menecer üçün hətta 2-3 ay müddətinə cavab verilməməsi normal sayılır. Təbii ki, öz işinin mütəxəssisləri olan insanlar, menecerlərlə rekruiter əlaqəni kəsmir. Lakin sürücülər, tibb bacıları, ofisiantlar, xadimələr və sairə peşə sahibləri ilə rekruiter sırf fiziki cəhətdən əlaqəni qoruyub saxlaya bilməz, çünki bu vakansiyalara onlarla namizəd olur. Bu tip seçimlər zamanı, öncədən "Haqqınızda müsbət qərar olduğu təqdirdə sizinlə əlaqə saxlayacayıq" tipli xəbərdarlıqlar yer alır.

Nəticə olaraq qeyd edək ki, əgər siz həqiqətən şirkətə lazımlı bir namizədsinizsə gec ya tez olmağından asılı olmayaraq Sizi tapacaqlar.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə