Büdcə təşkilatlarının işçilərinə şad xəbər

10 iyun, 2018 1 659


Büdcə təşkilatlarının işçilərinə şad xəbər


Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli yeni redaksiyada təsdiq edib.
HR-AZ.com-un APA-ya istrinadən məlumatına görə, qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 4,85 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,50 manat ödənilib.
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,75 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,80 manat ödənilib.
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,95 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,20 manat ödənilib.
Qərara əsasən əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
APA
Oxşar məqalələr
Şərhlər
Jillene4 sentyabr 2024, 19:08
Hi there very cool site!! Guy .. Beautiful .. Wonderful ..
I'll bookmark your web site and take the feeds additionally?
I'm happy to search out so many useful information right here within the put up, we need develop more techniques in this regard, thanks for sharing.
. . . . .

Here is my blog post: Latonda
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə