Sual: Salam. Çox xahiş edirəm cavablanırardınız. Sumqayıtdan Bakıya ezamiyyə xərclərinə yalnız yemək pulu aiddir? Əgər mehmanxa qəbzi təqdim edilibsə, mehmanxana xərci də ödənilməlidirmi? Ümümiyyətlə, Sumqayıtdan Bakıya ezamiyyə verilməsinə icazə var?
Samir
Cavab : Maraqlı sualdır. Sualınızla bağlı iki hal var. Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 saylı “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında qaydalarında yazılıb:
Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir.
İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
Qaydalardan belə çıxır ki, sizin Sumqayıtdan Bakıya gəlməyiniz ezamiyyə kimi qəbul olunur. Amma baxmaq lazımdır ki, siz axşam Bakıda qalacaqsınız, yoxsa Sumqayıta qayıdacaqsınız. Əgər Bakıda qalacaqsınızsa, sizə gündəlik 65 manatdan ezamiyyə xərci verilməlidir. Amma mehmanxana xərci üçün təsdiqedici sənəd olmalıdır. 65 manatın 20 faizi (13 manat) yemək puludur (sənəd lazım deyil), 80 faizi (52 manat) isə mehmanxa xərcidir ki, sənəd lazımdır, sənəd olmasa, yarısı - 26 manat ödəniləcək.
İkinci hal isə odur ki, siz Bakıda qalmırsınız və Sumqayıta qayıdırsınız, bu zaman sizə sənədlər əsasında ancaq yol xərci ödəniləcək.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
MKS.az