Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq hazırlanmış Əmək haqqı hesablayan mobil proqram təminatı artıq GOOGLE PLAY MARKET-dən yükləyə bilərsiniz. Bunun üçün Axtarış bölməsinə sadəcə "Emek Haqqi" yazmağınız kifayətdir.
Proqramın yaradılmasında əsas məqsəd ixtisas və peşəsindən asılı olmayaraq əmək müqaviləsi əsasında çalışan hər bir işçinin rahat və sərbəst surətdə, heç bir zaman məhdudiyyəti olmadan onlayn formada öz əmək haqqısını hesablaya bilməsidir.
Hesablama deyildikdə Hesablanmış əmək haqqıdan Qanunvericilikdə göstərilmiş tutulmalar çıxıldıqdan sonra ələ alınacaq məbləğin tapılması nəzərdə tutulur.
Onuda qeyd etmək istərdik ki, proqram təminatı tam olaraq pulsuzdur və internet olmadığı təqdirdə belə istifadə etmək mümkündür
Ümid edirik ki, hər kəsə faydalı olacaq.
Dəyərli fikirlərnizi bizimlə bölüşməyinizi rica edirik.
Proqramı yükləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
Yüklə
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com