3in1 - Üçü birində işçi axtaranlar

05 avqust, 2018 0 1 476


3in1 - Üçü birində işçi axtaranlar


Bir neçə gün əvvəl mütəmadi olaraq iş elanları paylaşan bir neçə web-səhifəni ziyarət etməli oldum. Gördüklərimdən həqiqətən təəccübləndim. Belə ki, hamıya da məlum olduğu kimi Azərbaycanda iş elanları, iş axtaranlar və işə götürənlər arasında münasibətləri quran və ya tənzimləyən bir neçə aktiv web-səhifə fəaliyyət göstərir. Nəysə, gəlirəm sözümün mustafasına...

İxtisasımla əlaqədar xüsusilə də, marketinq sahəsi ilə bağlı bir neçə elana göz gəzdirməli oldum. Nə görsəm yaxşıdır?! Marketinq menecer vəzifəsi üçün iş elanlarında namizədlərə olan tələblər “Göz qamaşdırıcı” idi. Bir neçə elandakı tələbləri sizinlə paylaşmaq istərdim. Aşağıdakı tələblər məşhur bir şirkət tərəfindən “Marketinq meneceri” vakasiyası üzrə iş elanları saytında yerləşdirilib.

Namizədə olan tələblər

- 24-35 yaş arası xanımlar

- Düzgün şifahi nitq qabiliyyəti və xoş görünüşlü

- Ünsiyyətcil, aktiv olmaq və komanda ilə işləmə bacarığı

- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək

- İş həyatında aktivlik

- PR aktivliklərin keçirilməsi və Reklam fəaliyyətinin təşkili

- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması

- Punktuallıq

- Analitik düşünmə qabiliyyətinə malik

- MS Office, dizayn ( Photoshop və Corel Draw) proqramlarında işləməyi bacarmaq

- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq

- Kreativ reklam posterləri və mətnləri hazırlamaq bacarığış

Hər şeyi anladıq, dizayn və marketinq menecer nə əlaqə? Corel Draw, Photoshop qrafiki təsvir vasitələri hesab edilən proqram təminatına aiddir ki, bununla daha çox dizaynerlər, PR aktivliklərin keçirilməsi və Reklam fəaliyyətinin təşkili, Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması reklam menecerləri, bəzən də PR işçiləri çalışır. Marketoloqun bunları bilməsi arzu olunan hesab edilə bilər, ancaq bunun tələb kimi qoyulması bir qədər gülüncdür.

“Marketinq meneceri” vakansiyası üzrə elan edən növbəti iş elanını nəzərinizə çatdırım:

Namizədə tələblər

- Cinsi qadın

- Yaş həddi: 27-45

- Azərbaycan və Rus dillərini təmiz bilməli (İngilis dilini bilənə üstünlük veriləcək)

- Ali təhsili olanlara üstünlük verilir

- Şəxsi avtomobili olana üstünlük verilir

- Ofis proqramlarını (Word, Excel, Power Point, Photoshop) bilən

- Satış qabiliyyəti olan

- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olan- Səliqəli xarici görünüşə malik

- Nəzakətli və düzgün danışıq qabiliyyəti

- Komanda şəklində işləməyi bacaran, punktual, fikrini səlist ifadə etmə ,yaradıcı, və inandırma qabiliyyəti olanlar

- İşə planlı yanaşmaq bacarığı

- Təmkinlilik, etibarlılıq, özünə inam

- “Yaxşı pul qazanmak isteyen”

“Azərbaycan və Rus dillərini təmiz bilməli” cümləsi iş elanı yerləşdirən şirkətin nə qədər “professional” olduğunun bariz nümunəsidir. Təmiz yerinə səlis işlədilməlidir, nəysə gələk əsas məsələyə. Marketinq menecer axtarılır və tələblərdə “Ali təhsili olanlara üstünlük verilir” deyə qeyd edilir. Marketinq menecer orta təhsilli və ya natamam ali təhsilli necə ola bilər axı? Əvvəlki vakansiyada olduğu kimi burada da dizayn proqramlarını bilmək əsas şərt kimi qeyd edilir.

Hələ “kuliminasiya” nöqtəsinə keçid etməmişəm. Belə ki, bu menecere cəmi 300 AZN əmək haqqı veriləcək. Hələ üstəlik tələblərdə orfoqrafik səhvlərlə dolu olan bir cümlədə qeyd edilir ki, “Yaxşi pul qazanmak isteyen” bizə müraciət etsin. Yaxşı pul, Bakı və 300 AZN?! Çox “pakizə” və “əntiqə”, bundan “gözəl” day nə istəyər ki, insan?!

Bu iki misaldan aydın görmək olur ki, bəzi işə götürənlər vakansiyanın nədən ibarət olduğunu, işçinin hansı vəzifə və öhdəliklərinin olduğundan bixəbərdirlər. Bütün dünyada, inkişaf etmiş ölkələrdə, Avropada, ABŞ-da və s. Reklam meneceri, Dijital Marketinq menecer, Marketing menceri, SMM menecer, Promouter, Dizayner, PR menecer bir-birindən fərqli ixtisas və peşələr hesab edilir. Bu məqamda Nescafe-nin 3in1 (Üçü birində) reklamı yadıma düşdü. “İşçi axtarıram-üçü birində olsun” yazardılar, gərək.

Bütün məsuliyyət və öhdəliklərə eyni bir mütəxəssisin sahib olması və hər şeylə maraqlana bilməsi nə dərəcədə düzgündür?! Üstəlik bu universal işçiyə təqdim olunan əmək haqqı 300 AZN-dir. “Möhtəşəmdir” deyilmi?!

Hər birinizə xeyirli işlər arzulayıram.

Müəllif: Vahid Məsimov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə