İxtisar olunan işçi nələri bilməlidir?

26 avqust, 2018 0 3 616


İxtisar olunan işçi nələri bilməlidir?


Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar işçi ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Bəs bu halla qarşılaşan işçi nələri bilməlidir?

Əvvəla qeyd edək ki, Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliklərin 01 yanvar 2018-ci ildən etibarən qüvvəyə minməsi ilə əlaqədar işçilərin sırf yeni qanunvericilik baxımından bilməsi zəruri olan məsələlər aşağıdakılardan ibarətdir:

1) İşçi müqaviləyə xitam verilməzdən əvvəl qanunvericiliklə müəyyən edilmiş müddətlərdə, həmin iş yerindəki stajı nəzərə alınmaqla yazılı qaydada bildirişlə xəbərdar edilməlidir.

Belə ki, işçinin həmin iş yerində 1 ilədək stajı olduqda azı 2 həftə

1 ildən 5 ilədək stajı olduqda azı 4 həftə,

5 ildən 10 ilədək stajı olduqda azı 6 həftə,

10 ildən artıq stajı olduqda isə azı 9 həftə əvvəlcədən bildirişlə bu ixtisarla bağlı xəbərdar edilməlidir.

2) Xəbərdarlıq müddəti ərzində işçiyə hər iş həftəsində əmək haqqı saxlanılmaqla azı 1 iş günü iş axtarmağa imkan verilməlidir.

3) İşçinin həmin müəssisədəki iş stajından asılı olaraq aşağıdakı həddə ona işdənçıxarılma müavinəti ödənilməlidir.

1 ilədək stajı olduqda orta aylıq əmək haqqı miqdarında

1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında,

5 ildən 10 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.7 misli miqdarında,

10 ildən artıq stajı olduqda isə orta aylıq əmək haqqının azı 2 misli miqdarında

4) İşçinin hüququ var ki, ixtisarla bağlı ona verilən yazılı bildirişdə göstərilən xəbərdarlıq müddətini gözləmədən vaxtından əvvəl müqaviləyə xitam verilməsini tələb etsin. Bu halda isə ona veriləcək işdənçıxarma müavinəti işçinin həmin müəssisədəki stajına əsasən aşağıdakı kimi müəyyən edilir.

1 ilədək stajı olduqda orta aylıq əmək haqqının 0.5 misli miqdarında

1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 0.9 misli miqdarında,

5 ildən 10 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında,

10 ildən artıq stajı olduqda isə orta aylıq əmək haqqının azı 2 misli miqdarında

Onu da qeyd edək ki, işçi tərəfindən xəbərdarlıq müddəti əvəzinə alınacaq işdənçıxarma müavinəti məbləği xəbərdarlıq müddəti üzrə keçmiş günlərə mütənasib olaraq azalacaqdır.

Daha konkret misalla deyə bilərik ki, işçinin həmin müəssisədə 3 il stajı olduqda ona azı 4 həftə əvvəlcədən xəbərdarlıq edilməlidir. İşçi bu 4 həftəni gözləyib, həftədə 1 iş günü iş axtarmaq üçün istifadə edə bilər və 4 həftənin sonunda orta aylıq əmək haqqının 1.4 misli işdənçıxma müavinəti ala bilər. Yaxud həmin 4 həftənin 1-ci həftəsində müqaviləyə vaxtından əvvəl xitam verib, orta aylıq əmək haqqının 0.9 mislini ala bilər ki, bu halda da 4 həftənin 1 həftəsinə görə də ona verilən 0.9 misildən müəyyən məbləğ çıxılacaqdır.

Göründüyü kimi yeni düzəlişlərlə bağlı işçi bilməlidir ki, vaxtından əvvəl müqavilənin xitamını istəmək onun müəyyən həddə “uduzmasına” səbəb olur.

5) Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaxud onlara bərabər tutulan şəxslər üçün işəgötürən tərəfindən ixtisar tətbiq edildiyi halda həmin işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün işəgötürən öz hesabına zəruri peşə hazırlığına cəlb edirlər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə