Qeyri-adi hədiyyələrlə öz işçilərini mükafatlandıran şirkətlər

01 oktyabr, 2018 0 811


Qeyri-adi hədiyyələrlə öz işçilərini mükafatlandıran şirkətlər


Xarici şirkətlər öz işçi heyətini mükafatlandırmaq üçün maaşlarını qaldırmaqdan əlavə onlara xüsusi hədiyyələr də verirlər. Bu mükafatlara müxtəlif güzəşt və istirahətlər daxildir. Bu məqaləmizdə sizi belə mükafatlarla işçilərini sevindirən şirkətlər haqda məlumat verəcəyik.

Virciniya ştatındakı M2 Strategy şirkəti seçilən işçilərinə xüsusi belə mükafatlar təşkil edir. Bu mükafatlara pulsuz hüquqi yardım, uşaqlarına dayə, 7/24 xidmət göstərən idman zalına hədiyyə kuponu daxildir.

Cənubi Dekota ştatında yerləşən HireVue şirkəti öz işçilərinə qeyri-adi hədiyyə edir. Şirkət onlara TED talk stilində şam yeməyi və ofisin gözəl mənzərəsi olan ofisində şənlik təşkil edir.

Hibrid maşınlarına endirimlər. Konsultasiya şirkəti olan Enterprise Knowledge fitnes klublara abunəlik kartı verməklə bərabər, hibrid maşın almaq istəyənlərə 3000 dollara qədər pul mükafatı da verir.

Jane.com dekor şirkəti də bu baxımdan işçilərini qiymətləndirən kampaniyalardan hesab oluna bilər. Şirkət yaxşı işçilərinə qış kurort zonalarına bilet hədiyyə edir.

Dallasda yerləşən Embank şirkətinin maraqlı strategiyası var. Beləki, şirkət onun üçün 1 ildir çalışmaqda olan işçilərinə yeni iPhone telefonu hədiyyə edir.

Uşağı olan valideynlərin isə Outreach şirkətində bəxti gətirib. Burada çalışan uşaqlı valideynlər günün yarısını evdən çalışa bilərlər. Bundan əlavə şirkət gecə növbəsi üçün uşaqların baxıcı xərclərini ödəyir və həftədə iki dəfə yemək çatdırılması xidmətini həyata keçirir.

Infinte Energy şirkəti Atlantdakı sahə, teatr və forumları icarəyə götürüb. Buna görə də şirkətin işçiləri Castin Timberleyk, U2 və Kerri Andervud kimi məşhurların konsertlərini pulsuz iştirak edə bilərlər.

Uçmağı öyrənmək istəyirsinizsə, onda San-Fransiskodakı pMD şirkəti tam sizlikdir. Şirkət seçilən işçilərini belə kurslara göndərir.

Lob.com da öz işçilərini sevən və dəyərləndirən şirkətlərdəndir. Şirkət bir il onlarla işləyən əməkdaşlara dünyanın istənilən bir yerinə pulsuz bilet verir. Üçüncü il çalışırsınızsa, onda hədiyyəniz restoranda nahar olacaq.

Buffer şirkəti isə öz yeni əməkdaşlarına hədiyyə olaraq Kindle və limitsiz elektron kitab hədiyyə edir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.Az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə