Marketinq və kommunikasiya dünyasının gündəmində yer tutan “İnfluencer” strategiyaları Bakıda
HR-AZ.com xəbər verir ki, marketinq və kommunikasiya dünyasının gündəmində yer tutan “İnfluencer” strategiyaları Bakıda müzakirə olundu. Keepface İnfluencer Marketinq Platformasının rəsmi dəstəyi ilə FA İnternational Trade Events şirkəti tərəfindən bu il ikinci dəfə təşkil olunan, iş və marketinq dünyasının qabaqcıl trendi “İnfluencer Marketing” strategiyalarını qiymətləndirilməsi məzmununa dayanan Global İnfluencer Day 27-28 Oktyabr tarixlərində Bakıda həyata keçirildi. Regionda ikinci dəfə təşkil olunan tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirmək idi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "İnnovasiya həftəsi" çərçivəsində baş tutan “Global İnfluencer Day” tədbirində iştirak edənlər siyahısına “influencer”lar, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxil olmuşdu. Microsoft, Google və İnstagram kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak etdiyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olundu, təqdimatlar nümayiş etdirildi.
Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofiya da tədbirdə çıxış etdi. Çıxışı zamanı tamaşaçılar “Sofiya”nın zarafatının da şahidi oldular. “Sofiya” mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirib.
Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış olub, “Sofiya” ilə söhbət edib.
Qeyd edək ki, Sofiyanın çıxış etdiyi milli geyim yerli modelyer Fəxriyyə Xələfova tərəfindən xüsusi olaraq yanmayan materialdan hazırlanıb. Sofiya jurnalistlərə müsahibəsində milli geyimimizi sevdiyi qeyd etdi.
Tədbirin sonunda influenserlərin Mükafatlandırma Mərasimi oldu. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırıldı.
Həmçinin, tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirildi.
“Global İnfluencer Day” tədbirinə bu il qatılan spikerlər siyahısında Microsoft Azərbaycan, Türkmənistan və Tacikistanın Baş Meneceri Sərxan Həşimov, Forbes jurnalında Qlobal Sahibkarlıq yazıçısı Elmira Bayraslı və Google Marketinq Həlləri və Şəxsi Brend Təlimçisi Nina Levçuk kimi şəxslər yer almışdı.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com