Özbəkistanda əmək kitabçalarından imtina edilir

15 noyabr, 2018 0 1 073


Özbəkistanda əmək kitabçalarından imtina edilir


Özbəkistanda əmək kitabçalarından imtina edilir, onun yerinə elektron baza yaradılacaq.

HR-AZ.com mənbənin yerli bürosuna xəbər verir ki, bu məlumatı jurnalistlərə Özbəkistan maliyyə nazirinin müavini Dilşod Sultonov deyib. Bildirib ki, dəyişikliklər ilk növbədə əmək fəaliyyətinə yeni başlayan şəxslərə şamil ediləcək. 2019-cu ildə işçilərə əmək kitabçaları açılmayacaq və işçi haqqında bütün göstəricilər elektron bazaya yerləşdiriləcək. Bazada işçinin bütün əmək fəaliyyəti və gəliri öz əksini tapacaq. Lazımi informasiya almaq üçün əmək kitabçasına şəxsin pasport göstəriciləri də əlavə olunacaq.

Dilşod Sultonov vurğulayıb ki, hazırda Gömrük idarəsi elektron bazanın proqram əsasını hazırlayır. Proqramda əməkhaqqının həcmi, tutulan verginin miqdarı, alınacaq əməkhaqqının hansı məbləğdə nağd verilməsi və plastik karta yüklənməsi haqqında məlumatlar da olacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə