Bu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki aylarla - yanvar-oktyabr ayları ilə müqayisədə aylıq nominal əməkhaqqı 10 qəpik artıb.
Məlumat üçün qeyd edək ki, orta aylıq nominal əməkhaqqı yanvar-iyul aylarında 542,3 manat, yanvar-avqust aylarında 541,2 manat, yanvar-sentyabr aylarında 540,5 manat, yanvar-oktyabr aylarında isə 540 manat olub.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Yeniavaz.com