Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Gənclər Fondu maliyyələşdirəcək!

24 may, 2019 0 621


Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: Gənclər Fondu maliyyələşdirəcək!


Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.
Müsabiqə müddəti: 23 may 2019-cu il tarixindən 23 iyun 2019-cu il saat 18:00-dək müraciətlər qəbul ediləcəkdir.
Müsabiqədə 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə aşağıda göstərilən prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə daxil olaraq iştirak edə bilər.

QEYD: Dünyanın top 100 reytinqinə daxil olan ABŞ və Böyük Britaniya universitetlərinə daxil olaraq (artıq təhsil alan və ya oxumaq üçün dəvət alan) təhsil müəssisəsindən təqaüd alan və Fondun xaricdə təhsil üzrə müəyyən etdiyi meyarlara cavab verən gənclərin yaşayış, yol, sığorta və viza xərcləri qarşılanacaqdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi - Magistr təhsil pilləsi (2019-2020) üzrə müraciət etməzdən öncə SEÇİM MEYARLARI ilə tanış olun.

Diqqət! Yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Gənclər Fondunun gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müraciət edə bilərsiniz.
Təqaüdçülər 16-29 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir;
Təqaüdçülər müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilini başa vurmamış müraciətçilər sırasından seçilir;
Təqaüdçülər Gənclər Fondu tərəfindən təsdiq edilmiş prioritet ixtisaslar və xarici ali təhsil müəssisələrinə magistr təhsil pilləsi üzrə özləri daxil olan, təhsil almaq üçün dəvət alan və ya hazırda təhsil alan müraciətçilər sırasından seçilir;
Təqaüdçülər yalnız Fond tərəfindən qeyd edilən ölkələr və elan edilən prioritet ixtisas istiqamətləri üzrə müraciət edən müraciətçilər sırasından seçilir;
Təqaüdçülər Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.4-cü bəndinə uyğun olaraq təhsil aldıqları ali təhsil müssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballı sistem üzrə 91 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmayan müraciətçilər arasından seçiləcəkdir;
Fond tərəfindən elan edilən ölkə və prioritet istiqamətlər üzrə artıq xaricdə təhsil alan müraciətçilər, Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.5-ci bəndinə uyğun olaraq, təhsil aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir;
Magistratura pilləsi üzrə müraciətçilərin xaricdə oxumaq üçün seçdiyi ixtisas, mövcud Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.2-ci bəndinə uyğun olaraq, mövcud onun ali təhsil haqqında diplom üzrə ixtisasına uyğun olmalıdır;
Müraciətçi artıq təhsil alırsa müraciət etdiyi zaman ümumi təhsil müddətinin 50% -dən çoxunu başa vurmayanlar;
Təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər. Xarici dil tələbləri barədə daha ətraflı.
TOEFL (Test of English as a Foreign Language) 79 (İBT), 550 (paper-based) - http://www.ets.org/toefl
IELTS (International English Language Test System) - http://www.ielts.org/
6.5
GRE (Graduate Record Examinations) VERBAL: 152-158, QUANTITATIVE: 153-158, WRITING: 4.0 -http://www.ets.org/gre/
GMAT (Graduate Management Admission Test) minimum 600 score -http://www.mba.com/the-gmat.aspx
SAT (Scholastic Aptitude Test) 560 on Evidence-Based Reading & Writing section -http://sat.collegeboard.org/home
PTE (Pearson Test of English) 60 - https://pearsonpte.com/
TCF (Test de connaissance du francais) B2 -http://www.ciep.fr/en/tcf/
TestDaF (Test Deutsch als Fremdsprache) level 3 (TDN 3) and level 4 (TDN 4), B2 - http://www.testdaf.de/index.php
Qeyd – Gənclər Fondu xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kurslarını maliyyələşdirmir.
Seçimlərində iştirak etmək və elektron ərizəni doldurmaq üçün siz ilk öncə tələb olunan sənədləri toplamalısınız.
Müraciətə baxış mərhələləri

1.Elektron ərizənin dolduruması
2.Müsahibə
Namizədin elektron müraciəti qəbul edildikdən sonra, o müvafiq komissiya üzvlərinin iştirakı ilə keçiriləcək müsahibəyə dəvət olunur.
3.Sənədlərin Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının Sədrinə göndərilməsi
4.Təqaüdçülərin elan edilməsi
5.Təhsil xərcinin maliyyələşdirilməsi
6.Təhsil səfərinin monitorinqi (mütəmadi)
Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər:
1. təhsil haqqı;
2. viza rüsumu;
3. qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
4. yaşayış (yataqxana və ya mənzil, gündəlik qida, nəqliyyat və digər) xərcləri;
5. tibbi sığorta xərcləri;
6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş (aviabilet) xərcləri.
Müsabiqəyə müraciət qaydası:
Müraciət etmək istəyənlər Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Daha ətraflı məlumat üçün: bura daxil olun











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gənclər fondu
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə