SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

24 iyul, 2019 0 2 422


SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) – dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında birbaşa iştirak edən şirkət eyni zamanda onlarla nüfuzlu məmur üçün sözün yaxşı mənasında məktəb olub. Təsadüfi deyil ki, hazırda müxtəlif nazirliklərə və dövlət qurumlarına rəhbərlik edən şəxslərin bir çoxu peşəkar karyerasına məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb.

Mənbə* “SOCAR”da peşəkar karyeraya başlayan yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Valeh Ələsgərov
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov 1970-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada adi mühəndisdən idarə rəisi, şirkətin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Şirkətdə sonuncu iş yeri isə Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsi olub.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Şahin Mustafayev, İqtisadiyyat naziri
İqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev 2003-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə şirkətin baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Sahil Babayev/ FOTO: Azvision
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1999-2006-cı illərdə şirkətin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin böyük mütəxəssisi və müdiri vəzifələrində işləyib.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Muxtar Babayev
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1994-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, Azərbaycan Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Qorxmaz Hüseynov
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 1989-2007-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətdə ilk iş yeri “Neft daşları” NQÇİ-də iqtisadçı-mühasib vəzifəsi olub. 2006-2007-ci illərdə şirkətdə Sosial İnkişaf İdarəsinin rəisi və Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifələrində işləyib.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Kamran Nəbizadə
Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, millət vəkili Kamran Nəbizadə 1993-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Şirkətin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışan K.Nəbizadə 2003-cü ildə yenidən yolunu “SOCAR”dan salıb və şirkətdə yüksək vəzifə daşıyıb.

SOCAR-da yetişən nazir və məmurlar – SİYAHI

Adil Vəliyev
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də “SOCAR”ın yetirməsidir. 1980-1990-cı illərdə şirkətdə sıravi işçi kimi çalışan gələcək başçı 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Azxeber.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə