Maliyyə axını, rəqabət, və gəlir artımı kimi məsələlər biznes sahiblərinin və onların komandasının həmişə fikirləşdiyi mövzulardır. Bütün bu çətinliklər ilə bərabər şirkətlərin üzləşdiyi bir başqa sahədəki çətinlik də özünü hiss etdirir: insan resurslarının idarə edilməsi. Tək rəqabət üstünlüyü olan işçilər və istedadların idarəsindəki çətinlikər heç şüphəsiz daha böyük problemlərin qaynağıdır.
İnsan Resursları Problemləri və Həlləri
İnsan Resursları idarəsinə aşağıdakılar daxildir:
İşin dizaynı və analizi
İşçi qüvvəsinin planlaşdırılması
Təlim və inkişaf
Performans idarəedilməsi
Kompensasiya və faydalar
Hüquqi məsələlər
İnsan Resurslarının idarəedilməsi İnsan Resursları deprartamenti mövcud olmadığı üçün xüsusi ilə kiçik bizneslər üçün çətinlik yarada bilər.
Günümüzdə ən çox qarşılaşılan 10 insan resursları çətinlikləri və həlləri bu bloq yazımızda qeyd ediləcəkdir.
1. Qanunlara və Tənzimləmələrə uyğunluq
Dəyişən əmək qanunlarını izləmək və tətbiq etmək biznes sahibləri üçün çox böyük bir çətinlikdir. Çox sahibkar əmək qanunlarını göz ardı etməyi tərcih edir, çünki bu qanunların onların biznesinə tətbiq edilmədiyini düşünür. Ancaq belə davranmaq, audit, məhkəmə və bəlkə də biznesinizin bağlanması prosesləri ilə üzləşməsinə səbəb ola bilər.
Şirkətinizin böyüklüyündən asılı olmayaraq, dövlət əmək qanunları ilə uyğunluq təşkil etdiyinizdən əmin olmalısınız. İşə götürmə praktikalarından, maaş ödənişləri, iş yeri təhlükəsizliyinə qədər hər mövzuda tənzimləmələr mövcuddur.
2. İdarə etmədəki dəyişiklikər.
Biznes böyüdükcə, strategiyalar, strukutur və daxili proseslər onunla birlikdə böyüyür. İşçilər isə bu dəyişikliklərə ayaq uydurmaqda çətinlik çəkirlər. Bir çox şirkət bu dəyişiklik vaxtlarında səmərəlilik və performanslarda azalma qeyd alıb.
Biznes sahibləri dəyişikliyin hər kəsə gətirəcəyi faydalardan bəhs etməlidir. Davamlı həyata keçirilən iclaslar çox yaxşı bir başlanğıcdır. Nə vaxt ki, komandanız dəyişikliyin səbəbini, necə və nə vaxt ediləcəyini qavrasa onda onlar buna daha asan uyğunlaşacaqdır.
3. Liderlik inkişafı
Aparılan son araşdırmalara görə şirkətlərin 66%-i liderlik inkişaf praktikalarını tətbiq etməkdə ortalamanın altında olduğunu etiraf edir.
Liderlik inkişafı, idarə heyətini həmişə məşğul və motivasiya etmək üçün və onları gələcəkdə daha çox öhdəliklər götürməyə hazırlamaq üçün vacibdir. Bunu şirkət mədəniyyəti halına gətirin. İdarəçi heyətinizə öz üstünlüklərindən daha səmərəli istifadə etmələri üçün hər gün fürsətlər təqdim edin. Hədəflərə çatmaq onların motivasiyasını artıracaqdır və onlara bacarıqlarını inkişaf etdirmək üçün imkan verəcəkdir.
4. İşçilərin Təlimi və İnkişafı
Aşağı səviyyəli işçilərin təlim və inkişafı üçün investisiya əksikliyi da ən çox qarşılaşılan İnsan Resursları problemidir. Bəzi bineslər bunu həyata keçirmək üçün lazım olan qaynağı tapmaqda çətinlik çəkir. Fərqlənən işçiləriniz sizin ən çalışqan işçiləriniz olduğu üçün təlim və kurslara ehtiyacları və vaxtları olmaya bilər.
Təlim və inkişaf nə çox vaxt nə də çox maliyyə tələb edir. Öz işçilərinə mentorluk edəcək idarəçilər və liderlər işə götürün. Eyni zamanda, özlərinin birbaşa öyrənə biləcəyi onlayn təlim kursları ilə təmin edə bilərsiniz. İşçilərinizə investisiya edin və görəcəksiniz ki, sadiq və səmərəli bir komandaya sahibsiniz.
5. İnnovasiyaya (yeniliyə) uyğunlaşmaq
Texnologiya davamlı yenilənir, şirkətlər bu yeniliyə uyğunlaşmaqda tələsməlidirlər, ya da rəqiblərinin tozunda boğulmağı gözə almalıdırlar. Bu mövzudakı çətinlik isə, işçilərə bu yeni texnologayaları öyrətmək və bu yeniliklərə uyğunlaşdırmaqdır.
Kommunikasiya çox vacibdir. Hər dəyişiklik vaxtı, komandanızın bunun səbəbini, vaxtını və necə olacağını qavradığından əmin olmalısınız. Uyğunlaşmaq üçün hədəflər təyin edin və işçilərinizi ən rahat şəkildə öyrənə biləcəkləri təlimlərlə təmin edin.
6. İşçilərin maaşının formalaşdırılması
Bir çox şirkət işçilərin maaşlarını ən yaxşı hansı şəkildə formalaşdırmaq mövzusunda çətinliklə üzləşir. Kiçik bizneslər eyni zamanda böyük payroll büdcəsinə sahib korporasiyalar ilə də rəqabət etmək məcburiyyətindədirlər. Bunlara əlavə olaraq maaşın 1.5 dən 3 qatı miqdarına bərabər olan təlim, vergi, faydalar və digər xərcləri də planda tutmaq lazımdır.
Maaş vacib olsa da, iş namizədləri üçün ən vacib faktor deyildir. Mükəmməl bir performans üçün qurulacaq mükafat sistemi də maaşın azlığının yerini ala bilər. Şirkətə və işçilərə eyni anda qazandıracaq, mənfəəti paylaşmaq və bonuslar kimi təşviq proqramlar təklif edin.
7. Faydalar
İcbari sığorta, tibbi sığorta kimi işçilərə olan faydalar xüsusi ilə kiçik bizneslər üçün bir çətinlik olmuşdur. Yaxşı faydalar paketi işə götürəcəyiniz istedadlı işçilərin qərarında çox vacib rol oynayır.
Burada ən vacib qərarlardan biri bu faydaları təmin etməyi göz ardı etməməkdir.
- Tətil
- Rahat vaxtlar
- Pulsuz yeyəcəklər
- Sağlıq proqramları
- Şəhərətrafı faydalar
8. İstedadlı namizədləri cəlb etmək və işə götürmək
İstedadları cəlb etmək böyük zaman və pul investisiyasıdır. Təşəbbüskarlar üçün eyni zamanda həm biznesi idarə etmək həm də doğru istedadı seçmək və doğru zamanda işə götürmək çox çətindir. Həm də işə götürülən namizədin sizin şirkət üçün doğru isnan olub olmadığını da bilmək üçün onun bir müddər işləməsi də vacibdir.
İşə götürən brendinqi sizə doğru istedadı doğru zamanda gətirə bilər. Eyni zamanda rekrument şirkətlərindən də istifadə edərək həm zaman həm də sərmayə olaraq qənaət edə bilərsiniz.
9. İstedadlı işçiləri saxlamaq
İstedadlı işçilər üçün aparılan rəqabət çox qızğındır. Böyük korporativ şirkətlərin təqdim etdiyi imkanları kiçik biznes olaraq siz hələ təqdim edə bilməzsiniz. İşçi dövriyyəsi xərcli bir işdir və biznesinizə çox mənfi təsirləri ola bilər.
Bu dövriyyəni azaltmaq üçün də işəgötürən brendinqi etmək çox vacibdir.
10. İşyerində Müxtəliflik
Heç elə bir işyeri görmüsünüzmü orada daha çox ancaq eyni şəhərdən ya da eyni üniversitetdən insanlar işləsin, ya da daha çox kişilər işləsin? İş yerindəki işçilər arasındakı problemlərin və eyni zamanda performans vəziyyətindəki azalmaların əsas səbəblərindən biri də elə işyerindəki müxtəlifliyin olmamamasıdır. Eynilik həmişə olmasa da, çox vaxt mobbinq əlamətidir. Mobbinq isə şirkətinizi iflas etdirmək üçün çox güclü bir xəstəlikdir.
Komanda və hörmət mədəniyyəti formalaşdırmaq iş yerində müsbət və səmərəli bir hava ortaya çıxaracaqdır. İşyerindəki davranışları standardlaşdırmaq işəgötürənin vəzifəsidir. Bu standardlar və hesab veriləbilirlik sistemi çox əvvəldən qurulmalıdır.
İstifadə edilən qaynaq: https://www.atlasstaffing.net/blog/10-todays-common-human-resource-challenges
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Dline.az