13.04.2020-ci il tarixində portalımızın 3 yaşı tamam oldu.
Tam 3 ildir ki, sizin üçün çalışırıq!
Bu 3 il ərzində dərc etdiyimiz yüzlərlə məqalə və bloq yazısına 1 milyondan çox baxış oldu! 94 adda sənəd və elektron kitab 92000 dəfə yükləndi! Videosorğular keçirdik! "Danışan blog" rubrikasını təqdim etdik! Sizlər üçün şəxsi inkişaf və motivasiya mövzusunda paylaşımlar etdik, filmlər məsləhət gördük! İşaxtaranlar üçün CV formaları, işəgötürənlər üçün sənəd və prosedur nümunələri təqdim etdik, qanunvericilikdə ən son dəyişikliklər barədə məlumatlandırdıq! 500dən çox vakansiya, 600dən çox HR araşdırması paylaşdıq!
Və daha bir çox xidmət və məhsullarımızı millətimizə, vətənimizə tam təmənnasız şəkildə təqdim etdik və etməkdəyik! Bu illər ərzində bizi izləyən hər bir izləyicimizə, o cümlədən, bizimlə əməkdaşlıq edən şirkətlərə və insan resursları mütəxəssislərinə təşəkkürümüzü bildiririk.
Hörmətlə, HR-AZ.com - Ölkənin ilk və ən baxımlı İnsan Resursları Portalı!
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.