Ölkəmizdə ilk dəfə online HR forum keçiriləcək

08 iyun, 2020 0 1 100


Ölkəmizdə ilk dəfə online HR forum keçiriləcək


“Business Management School” MMC-nin qısa müddət öncə təsis etdiyi “HR Agenda” layihəsi bu ay ilk tədbiri olan “HR Agenda `20” online formunu təşkil edəcəkdir. Forum Türkiyədə təsis edilmiş, İşçi heyətinin idarə edilməsi üzrə tətqiqat mərkəzi olan PES Surveyin (https://www.pessurvey.com/ ) baş sponsorluğu ilə keçiriləcəkdir.

“HR Agenda `20” tədbirinin əsas mövzusu “HR Trendləri” olmaqla 6 alt mövzunu əhatə edəcək. Hər mövzu üzrə 1 sessiya və hər sessiyada 2-3 spikerin çıxışı nəzərdə tutulur. Tədbir 19,20 və 21 iyun tarixlərində baş tutacaq, hər gün 2 fərqli sessiya online olaraq iştirakçılara təqdim olunacaq.


Tədbirin proqramı:

19 iyun 2020-ci il. Saat 14:00 – 15:30. Sessiya 1. Mövzu: Yeni öyrənmə (təlim və inkişaf) trendləri
19 iyun 2020-ci il. Saat 15:35 – 16:35. Sessiya 2. Mövzu: Çətin zamanlarda liderlik
20 iyun 2020-ci il. Saat 10:00 – 11:30. Sessiya 3. Mövzu: Rəqəmsal HR
20 iyun 2020-ci il. Saat 11:35 – 12:35. Sessiya 4. Mövzu: İşəgötürən Markası
21 iyun 2020-ci il. Saat 10:00 – 11:00. Sessiya 5. Mövzu: HR-da hekayənin önəmi
21 iyun 2020-ci il. Saat 11:05 – 12:35. Sessiya 6. Mövzu: İşçi bağlılığı

“HR Agenda `20” tədbirində Azərbaycan, Türkiyə və İngiltərədən ustad HR-ların çıxışları planlanır.
Forumda ancaq öncədən qeydiyyatdan keçənlər iştirak etmə haqqı əldə edəcəklər. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olaraq anketi doldurmaq lazımdır.

Link: https://forms.gle/kXCHigaqutQU7TPG6

Texniki keyfiyyəti qorumaq üçün iştirak üçün yerlər məhdud sayda olacaq.

Forumda iştirak tamamilə ÖDƏNİŞSİZDİR.

Forumun bütün sessiyalarında iştirak edən hər kəs sertifikatla təltif olunacaqdır.

Forum haqqında mütəmadi olaraq yenilənən xəbərlərdən məlumatlı olmaq üçün forumun facebook və linkedin səhifələrini izləyə bilərsiniz.

FB: fb.me/hragenda.az
Linkedin: https://www.linkedin.com/company/hr-agenda/

Xatırladaq ki, HR-AZ.com qeyd edilən forumun rəsmi media tərəfdaşıdır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə