İşəgötürənlər elektron audit və elektron cərimə oluna bilər

10 sentyabr, 2020 1 892


İşəgötürənlər elektron audit və elektron cərimə oluna bilər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsistemini hazırlayır.

Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq. Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir. Bu altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resurs olacaq.

Aktiv məşğulluq tədbirlərinin təşkili altsistemin əsas funksional istiqamətlərindən birini təşkil edəcək. Özünüməşğulluğa cəlb edilmiş şəxslərin reyestrinin formalaşdırılması, onlara ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçimi, növbəlilik prinsiplərinin elektron qaydada təşkili “Əmək münasibətləri və məşğulluq” altsistemi vasitəsi ilə həyata keçiriləcək. Həmçinin ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalı bu altsistemin tərkibində olacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrin reyestrinin formalaşdırılması, əməyin təşkili və müafizəsi sahəsində tədqiqat işlərinin aparılması və yoxlamaların həyata keçirilməsi məqsədi ilə altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
ƏƏSMN
Oxşar məqalələr
Şərhlər
Nicolle20 iyul 2024, 18:52
Hello there! Quick question that's totally off
topic. Do you know how to make your site mobile friendly?
My weblog looks weird when viewing from my apple iphone.

I'm trying to find a template or plugin that might be able to fix this issue.
If you have any recommendations, please share. Thanks!


my web site; Rayshun
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə