Mersedesdən işçilərinə "Koronavirus" hədiyyəsi

17 dekabr, 2020 0 430


Mersedesdən işçilərinə "Koronavirus" hədiyyəsi


Demək olar ki, artıq bütün dünyadakı bir çox insan koronavirus pandemiyası zamanı evdə işləmək və qoruyucu maskalar taxmaq məcburiyyətində qalır, hər kəs gərginlikdə, hər kəs sıxılır, lakin heç də bu narahatçılığın qarşılığında əmək haqqıdan əlavə hər hansı bir mükafat almırlar. Bu baxımdan Mercedes-Benz -ə daxil olan şirkətlərdən biri olan Daimler-in əməkdaşları çox şanslıdırlar. Belə ki, bu şirkət pandemiya zamanı yaranan narahatlığın qarşılığında hər işçiyə 1000 avro ödəyəcək. Maska taxmaq və ya evdə işləmək məcburiyyəti kimi maddi və şəxsi xərclər üçün işçilərin mükafatlandırılması düşünürəm ki, Yeni il üçün mükəmməl hədiyyə, işçini şirkətə bağlayacaq tutarlı motivasiya növlərindən biridir. Daimler-də Yeni il qabağı yazılmış bu mükafatı təxminən 160 min nəfər alacaq. Birdəfəlik ödəniləcək mükafat vergilərə və sosial təminata aid edilməyəcəkdir.

“Koronavirus səbəbiylə 2020-ci il xüsusilə çətin keçdi. Bu dövrdə şirkət hər zaman insanlarımızın dəyişkən mühitə uyğunlaşaraq işləməyə hazır olduqlarına rahatlıqla arxalana bildi ”- deyə Daimler-in İnsan Resursları Meneceri Wilfried Porta bilmişdir.

Avtomobil şirkətinin işçilərinin mükafatsız qalmadıqlarına görə, şirkətin fəaliyyətinin nəticələri bütün dünyanın 2020-ci ildə keçirtdiyi çətin günlərə baxmayaraq rəhbərliyini sevindirməyə davam edir.

Bəlkə bizdə də bu kimi mükafatlandırma olsa idi, evdən işləmə kimlər üçünsə işgəncə olmaz, kimlər "işığımız söndü", "İnetimiz kəsildi" kimi bəhanələr gətirərək işdən yayınmazdı. Düzdür Daimler şirkəti işçilərin məhz işə məsuliyyətlə bəhanəsiz yanaşmalarına görə mükafatlandırmışdır. Buna baxmayaraq düşünürəm ki, bu mükafatlandırma şirkət tarixində ilk deyil və yəqinki son olmayacaqdır. Guman ki, şirkətin məhz daima işçilər üçün yaratdığı şəraitə görə həmin işçilərin işdən yayınmaq üçün bəhanə gətirməyə üzləri olmayıb. Bu baxımdan daima bildirmişəm: yaxşı şirkətdən heç kim çıxmaq istəməz. Yaxşı şəraitdən heç kim qaçmaq istəməz. İnsanı şirkətə bağlayan hansısa amil olmalıdır: Ya maddi və ya mənəvi dəyərlər. Bu dəyərlər hər bir işçinin şirkətdə loyallığına bir başa təsir göstərir. Çox zaman mənəvi dəyər maddi dəyəri üstələyir. Və bu da normaldır. Amma vay o günə ki, şirkətdə heç bir dəyər mövcud olmaya. İşçiyə "qul" mövqeyi ilə yanaşıla.

Müəllif: Aygün Ramazanova












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə