"İşsizin dostu" proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq. Hazırda elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən "İşsizin dostu" proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb olunub. Buraya sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "DOST İş Mərkəzi" tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az