Hr mütəxəssisin müsahibə zamanı səhvləri

08 iyul, 2018 0 5 475


Hr mütəxəssisin müsahibə zamanı səhvləri


Contrast effect: Qərb ölkələrində formalaşan bu xüsusiyyət, yerli iş mühitimizdə də rast gəlinən bir vəziyyətdir. İşə götürən özünü digər bir şirkətlə müqayisə etməsi və müsahibə zamanı namizədə digər şirkətlərlə bağlı neqativi göstərib, digər təşkilatların idarəetmə sistemində nöqsanlar axtarması. (konkret digər şirkətlərin adlarının çəkilməsi)

The effect of reality: Unutmaq lazım deyil ki, böyük faiz dərəcəsi ilə əksər namizədlərdə müsahibə zamanı stress və həyəcan olur. Misal olaraq; müsahibənin ilk dəqiqələrində namizəd özü haqqında məlumat verdiyi zaman, özünə əminsiz , səs tonunda həyəcanın olması ilə namizədi potensialsız biri kimi qələmə vermək düzgün yanaşma deyil. Eyni zamanda əksinə ola bilər ki, namizəd özünə əmindir, əla nitq mədəniyyəti və inandırmaq bacarığına malikdir. Bu namizədin hələ sizə tam uyğun bir namizəd olması deyil.

Dominance: Müsahibə aparan şəxsin namizədin öz fikrini bildirməyə imkan verməməsi. Daim onun sözünü kəsmək və namizədə kimin öndə olmasını vurğulamaq. Deyərdim ki yerli iş mühitimizdə buraxılan ən ciddi səhvlərdən biridir. Hörmətli işə qəbul üzrə mütəxəssislər, unutmayın ki sizin seçim etməyinizlə yanaşı, namizədin də seçim etmək hüququ var. Yəni namizəd də sizin təşkilatda işləyib və ya işləməməklə bağlı qərar vermək hüququ var.

Məlumat itkisi: Bildiyimiz kimi müsahibə zamanı diktafon, video kamera və digər vasitələrdən istifadə edilmir ki, sonra bir daha müsahibəyə baxıb namizədlə bağlı qərar qəbul edilsin. Müsahibə zamanı namizədi dəyərləndirmək üçün qiymətləndirmə formalarından istifadə edin.

Plansızlıq: Müsahibə zamanı dəqiq planın olmaması. Müsahibə strukturunun düzgün ardıcıllıqda olmaması və əsasəndə hansı anda, hansı sualların verilməsi və seçilməsinə önəm verilməməsi.

Şəxsi simpatiya: Müsahibə aparan şəxsin öz tələbələrinə və öz şəxsi keyfiyyətlərinə uyğun namizədləri seçməsi.

Neqativlərin axtarışı: Müsahibə zamanı namizədlə bağlı formalaşan bir neqativ halı nəzərə alaraq, müsahibənin sonuna qədər digər neqativlərin axtarılması. Misal olaraq; bəzi namizədlər müsahibə həyəcanına görə xıra bir yalana yol verdiyi halda, müsahibənin sonuna qədər onun yalan danışan bir namizəd olduğunu düşünərək, ancaq yalanların axtarılması.

Uyğunsuzluğun göstərilməsi: Əgər müsahibə zamanı hansısa bir səbəbdən namizəd sizin tələblərə uyğun deyilsə bunu müsahibə zamanı biruzə verməyin. Ən azından özünüzü namizədin yerində hiss edin ki, sizə belə yanaşma olsa necə reaksiya verərdiz.

Müqayisə etmə: Namizədi müsahibə zamanı digər namizədlərlə müqayisə edib və bunu namizədə bildirməyin. Ən azından yəqin ki real həyatda çoxlarımız belə bir vəziyyətlə rastlaşıb: bəzi valideynlər öz övladlarını qonşuluqda yaşayan uşaqlarla müqaisə etməsi. Qonşunun oğlu getdi qabağa, universitetə girdi, sənsə bacarmadın. Dostlar unutmayaq ki, bu yanaşma ilə namizədə nə qədərə mənəvi təzyiq göstərmiş olarıq.

Mənəvi təziq-gərginlik: Müsahibəni başlayandan sona qədər gərgin mühit yaratmayın. Xoş abu hava yaratmağa çalışın. Misal olaraq: namizəd müsahibə keçirilən otağa daxil olub oturan kimi müsahibə aparan şəxs; “Özünüz haqda məlumat verin” Düzgün yanaşma deyil dostlar. İlk olaraq namizədin rahat əyləşməsinə əmin olun, müsahibəyə xoş əhval ruhiyə ilə keçid üçün necə olduğunu, ofisi necə tapdığı və s. kimi sadə suallardan başlayın.

Tövsiyyə-rəy: Hal hazırda belə bir vəziyyət yayılmaqdadır. Namizəd bütün müsahibələri uğurla keçir. Son olaraq namizədlə bağlı tanış şəxslərdən və keçmiş iş yerlərindən rəylər alınır. Əgər namizədlə bağlı bir mənfi fikir bildirilirsə avtomatk olaraq namizədin baxılması dayandırılır. Bir şəxsdən alınan fikir namizədin hələ uyğun kadr olmamasından xəbər vermir. (ən azından rəy aldığınız şəxsin baxdığınız namizədlə iş təcrübəsində konflikti ola bilərki, bununlada rəy bildirən şəxs neqativ fikir bildirə bilər)

İlkin təəssürat: Müsahibənin ilk bir neçə dəqiqəsi ərzində namizədlə bağlı qərar verməyə tələsməyin.

Müsahibə sayı: Çalışın gün ərzində müsahibə sayını çox etməyin. Ən azından o səbəbdən ki, gün ərzində çoxlu sayda namizədlərlə görüş sizin namizədi düzgün dəyərləndirmənizə mane ola bilər. Əgər siz qısa bir vaxt ərzində çoxlu sayda namizəd seçimi həyata keçirə bilirsizsə bu başqa məsələ. Amma bu halda da nəticə və keyfiyyət aşağı ola bilər.

Müştəri xidməti: İşə qəbul üzrə mütəxəssisin şirkəti təmsil edə bilməməsi. Misal olaraq; müsahibə nəticəsi namizədə bildirilərkən: sizin namizədliyinizi şöbə rəisi təsdiq etmədi və ya rəhbər başqa namizəd seçdi. Ən kobud hallardan biri; mənlik deyil, rəhbər başqasını seçdi. Dostlar unutmayın siz də şirkəti təmsil edirsiz. Müsahibə nəticələrini açıqlayan zamanı verilən qərarı kiminsə üstünə atmayın. Şirkəti təmsil etdiyiniz kimi şirkət adından da düzgün, şirkət brendinə xələl gətirməyəcək formada çatdırmaq lazımdır müsahibə nəticələrini.

Əl çatmaz olmaq:
Dostlar əgər iş elanında əlaqə nömrəsi qeyd edirsinizsə və yaxud qeyd etmirsiz. Namizəd yarandığı sualına cavab tapmaq üçün insan resursları idarəsi ilə danışmaq üçün korporativ nömrəyə zəng edir. Bununlada zəng zamanı uzun müddət gözləməli və nəticədə isə insan resursları ilə danışa bilməməsi və bu vəziyyətin sonsuz davam etməsi. Əl çatmaz bir insana çevrilməyiniz, nə dərəcədə düzgün olduğunu özünüz fikirləşin.

Müsahibənin idarə edilməsi: Toyda yəqin ki fikir vermisiz tamada toyu düzgün idarə edə bilməyəndə, oynamaq üstündə və yaxud söz demək üstündə narazıçılıq çox olur. Eyni zamanda da işə qəbul üzrə mütəxəssisə də mütləq müsahibəni idarə etmə bacarığı olmalıdır. Müsahibə planına və strukturuna uyğun olaraq vaxtı, müsahibədə bildirilən fikirləri, neqativi və bütün digər halları idarə etməyi bacarmalıdır.

Səhvlərin biruzə edilməsi: Əgər namizəd bildirdiyi fikirdə yalanlar görürsüzsə bunu avtomatik olaraq namizədə bildirməyə ehtiyac yoxdur. Bu zaman müsahibə yox mübahisə yaranacaq və nəticədə ciddi neqativlər formalaşacaq.

Son olaraq dostlar, müsahibə zamanı atacağımız hər bir addımda mütləq düşünməliyik. Əgər mən namizəd olsaydım və mənə bu cür davranış göstərilsəydi necə qəbul edərdim.

Müəllif: Şamo Mürşüdov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Jobin.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə