Bir İR etirafı: İnsan resursları əməkdaşları bizdən nələri gizlədirlər?

27 may, 2018 0 3 316


Bir İR etirafı: İnsan resursları əməkdaşları bizdən nələri gizlədirlər?


Bir İR etirafı: İnsan resursları əməkdaşları bizdən nələri gizlədirlər?

15 ildən artıq böyük bir şirkətin İnsan Resursları (İR) şöbəsinin rəhbəri olmuş Marianna Heyz bu sahənin sirlərini və İR əməkdaşlarının hiylələrini açıqlayıb.

İR arasında bu detallar müzakirə edilmir, lakin siz iş axtarışındasınızsa bu xırdalıqları bilməlisiniz.

Marianna Heyz: “Öz konsaltinq biznesimi açmamışdan öncə illər boyunca böyük maliyyə holdinqlərində və ya internet nəhənglərində çalışmışam. Mən namizədin bu və ya digər vakansiyaya uyğun olub-olmamasının müəyyən edilməsində istifadə olunan bütün metodları içindən bilirəm və sizi əmin edirəm ki, hər şey heç də sizin təsəvvür etdiyiniz kimi düz, ağ və səliqəli deyil”.

1. Biz sizin bütün həyatınızı araşdırırıq

İnternet və sosial şəbəkələr dövründə biz işə götürəcəyimiz namizədin bütün həyat tarixçəsini yoxlayırıq. Praktiki olaraq hər bir insan sosial şəbəkədə bütün həyatını əks etdiyi üçün bu elə də çətin deyil. Sizin son paylaşımlarınız, şəkil və videolarınız, harada və necə istirahət etməyiniz bizim üçün vacib məlumatdır. İR olaraq sizin sosial şəbəkələr üzrə fəaliyyətiniz əsasında biz mümkün təhlükələri və sizin real maraqlarınızı öncədən nəzərə almağa çalışırıq. Əlbəttə, biz namizədin CV-də qeyd etdiyi şəxslərlə əlaqə saxlayır, onun yazdığı bilik, bacarıq və keyfiyyətlərin nə qədər real olduğunu yoxlayırq. Amma əsas məsələ sizin haqqınızdakı məlumatı sizin dostlarınız, tanışlarınızdan bəzədilmiş yox, tam doğrunu deyə biləcək insanlardan öyrənməkdir. Ona görə də təəccüblənməyin ki, İR əməkdaşı öncəki iş yerinizə zəng vurub, oradakı İR-la sizin haqqınızda söhbət edib, məlumat toplamayacaq.

Ona görə də yeni işə qəbul ərəfəsində “Facebook” və digər sosial şəbəkələrdə paylaşımlarınıza fikir verin. Hətta elə İR-lar var ki, işə qəbul olmaq istəyən namizədin bütün sosial şəbəkə lentini incələyir və yoxlayır ki, namizəd işləyəcəyi şirkət haqqında nə vaxtsa mənfi bir rəy bildirib ya bildirməyib.

2. Övladınız var? İşə əlvida deyə bilərsiniz

İşə götürülən zaman namizədin ailə vəziyyətinin nəzərə alınması, namizədə bu və ya digər ailə vəziyyətinə görə işdən imtina edilməsinin qanunsuz olduğuna baxmayaraq, reallıqda bu məsələ çox böyük rol oynayır. Marianna Heyz qeyd edir ki, bu məsələdə nəsə bir orta mövqe tapmaq kifayət qədər çətindir. Çünki İR əməkdaşına lazımdır ki, onun işə götürdüyü namizəd bütün diqqət və gücünü işinə yönləndirsin, amma namizədin evdə uşağı olduğu halda o, bunu edə biləcək, ya ancaq iş gününün tez bitməsini və dərhal evə, öz əzizlərinin yanına qayıtmağı düşünəcək? Heyz misal gətirir ki, çalışdığı maliyyə şirkətlərinin birində satış şöbəsinin əməkdaşları sırf cavan və subay oğlanlardan ibarət idi.

Marianna Heyz sözlərinə görə, qanunu pozmamaq və namizədin şəxsi həyatına qarışmamaq üçün İR əməkdaşı hiylə işlədərək namizədə yönləndirici suallar verir. Məsələn: “Siz, adətən, boş vaxtınızı necə keçirirsiniz?” sualına namizəd səmimi olaraq (ailələ olduğu halda) cavab verir ki, “Mən boş vaxtımı ailəmlə, həyat yoldaşım və övladım(larım)la keçirirəm”. Buyurun, bu da nəticə. İR qanunu pozmadan ona tələb olunan məlumatı aldı və ailəli namizədin işə götürülmə ehtimalı azaldı.

İR əməkdaşları dünya təcrübələrinə əsaslanaraq qeyd edirlər ki, əksər ailəli insanlar işdə gərginlik, stress zamanı diqqətlərini işə yox, ailələrinə yönəldirirlər. Ailəli namizədlər (işçilər) iş yerinin korportativ mədəniyyətinə daha çətin uyğunlaşırlar. Ailəli olduqları üçün onlar hər zaman birinci olaraq işlədikləri şirkətin yox, ailələrinin gələcəyini düşünürlər. Mənəviyyat baxımından İR bunu qəbul edir və qiymətləndirir, ancaq iş baxımından İR bu təhlükəyə göz yuma bilməz.

Nəticədə bəzən İR-lər lap “ifrat dərəcəyə” gedir və vakansiyalarının təsvirində yalnız subay kişi/qadın namizəd axtardıqlarını qeyd edirlər. Bu isə əlbəttə ki, qanuna ziddir.

Bu sarıdan qadınlarla bağlı ayrıca bir bənd var. Əgər qadın namizəd işə qəbul mərhələsində hamilə olduğunu müəyyən edirsə, o anlayır ki, bu məlumatı sonuna qədər gizli saxlamaq lazımdır, çünki əks halda, işə elə başlanğıc mərhələsində “əlvida” deməli olacaq. Xüsusilə söhbət rəhbər vəzifələrdən gedirsə, bu hal daha çox baş verir. Əlbəttə, heç bir İR meneceri sizə bunu açıq şəkildə deyə və edə bilməz, çünki qanunla bu da qadağandır, lakin hamilə qadınların yeni işə qəbulu göstəriciləri hər zaman çox az olur.

3. Bir qayda olaraq sizə təklif olunan maaş, mümkün formasından (realından) çox aşağıdır

İşə qəbul zamanı maaşın müzakirə edilməsi normaldır. Bu müzakirə zamanı İR menecerlər sizə mümkünündən bir neçə dəfə aşağı olan maaşı təklif edəcəklər. Ola bilsin ki, müsahibə zamanı sizin dilə gətirdiyiniz maaş tələbi bu şirkət üçün normaldır, uyğundur, ancaq İR sizə dərhal “hə” deməyəcək. Onlar bir neçə addım qabağa düşünərək sizin işinizə motivasiyanızı təmin etmək üçün bir neçə aydan bir müxtəlif bonus və digər mükafatlandırmalarla maaşınıza əlavə pul hesablayacaqlar. Amma əslində, bu ümumi məbləğ elə sizə ayrılmış (nəzərədə tutulmuş) vəsaitdir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Finmarket.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə