Müsahibələr: Daha qaneedici cavablar almaq üçün seçilən suallar

10 sentyabr, 2020 0 2 938


Müsahibələr: Daha qaneedici cavablar almaq üçün seçilən suallar


Düşünürəm ki, hər kəsin namizədlərdən soruşmağı xoşladığı bir neçə müsahibə sualları var. Bilirəm, mənim də var. Ən çox bəyəndiyim müsahibə sualı: "Şəxsən bəyənmədiyiniz biri ilə işləməli olduğunuz bir dövr barədə danışın." Başqa biri: "Şəxsən razı olmadığınız bir şirkət qərarını dəstəkləmək məcburiyyətində qaldığınız bir dövr haqqında danışın."

Bu sualları bəyənməyimin səbəbi, onların davranış müsahibəsi texniki üsullarından istifadə etmələridir. Namizədlər yenidən iş təcrübələrini xatırlamalı və keçmişlərindən bir hekayəni paylaşmalıdırlar. Verəcəkləri cavabda, eyni vəziyyəti yenidən yaşayacaqları təqdirdə necə reaksiya verəcəkləri barədə bəzi məlumatları təmin edəcəklər.

Həmçinin, mən inanıram ki, bu tip suallara feyk cavab vermək çətindir. Məsələn, bəyənmədiyiniz insanlarla işləməyinizə dair suala gəlincə, dostlar üzr istəyirəm, əgər kimsə sizə: "Oh, mən sosial insanam və hamı ilə yola gedirəm" deyirsə, yalan danışır. Təbii və sadə. Biz hamımız “Ən Yaxşı Dostlarımız” siyahısında olmaya biləcək insanlarla əlaqə qurmalıyıq. Bu işin bir parçasıdır və burada pis heçnə yoxdur. Vacib olan məsələ insanların situasiyanı necə idarə etməsidir.

Bundan əlavə, namizədin cavabı sizə işləməkdən zövq aldıqları (və sevmədikləri) insanların tipi və xoşagəlməz situasiyaları necə idarə etdikləri barədə məlumat verə bilər. Birinin şirkət mədəniyyətinə necə uyğunlaşacağını dəyərləndirərkən bilməli olduğunuz vacib məlumatlar.

Budur, davranış müsahibə suallarının niyə dəyərli olduğuna dair başqa bir nümunə. Tutaq ki, təşkilatınız müştəri xidmətlərinə çox böyük əhəmiyyət verir. Məntiqi olaraq, müsahibə zamanı müştəri xidmətləri ilə bağlı suallar vermək istəyəcəksiniz. Sualı soruşmağın üç fərqli yolu var:

Müştəri xidmətləri sahəsində bacarıqlarınız yaxşıdırmı? Bu qapalı sualdır. Kim ciddi şəkildə deyəcək ki, "Müştərilərə xidmət etmə bacarıqlarım pisdir."

Hirsli bir müştəri ilə necə davranardınız? Formaca birincisindən daha yaxşı bir sual. Ancaq namizəd asanlıqla bir şablon cavab verə bilər. Cavab sizə namizədin nə edə biləcəyini söyləmir.

Mənə bir müştərinin problemini həll etdiyiniz bir dövr barədə danışın. Bu davranış sualıdır. Namizədin cavabı keçmişdə yoluna qoyduğu konkret bir situasiya barədə məlumat verəcəkdir.
Davranış müsahibəsi sualları yalnız hər hansı bir bacarıq və ya səriştə üçün yaradıla bilər. İnternetdə nümunə suallar tapmaq asandır və ya belə suallarla dolu kitablar əldə edə bilərsiniz. Bir neçə nümunə sualla tanış olun:

• İşinizin keyfiyyətini izləmək üçün hansı addımları atdığınızı söyləyin. (Keyfiyyət)
• Sizin işiniz olmasa da, başqa birinin layihəsini tamamlamağa kömək etmək üçün səy göstərməyiniz barədə danışın. Nəticə nə oldu (Komanda işi)
• Son işinizdə gördüyünüz ən kreativ işi təsvir edin. (Kreativlik)
• Bir insanın xoşuna gəlməyəcəyini bildiyiniz bir fikri qəbul etməyə inandırmağa məcbur qaldığınız bir zamandan danışın. (İnandırıcılıq)

Bu nöqtədə, yəqin ki, davranış müsahibəsi suallarının çoxunun "Mənə dövr/vaxt barədə danış ..." ilə başladığını gördünüz. Namizəddən keçmişdə etdiyi bir şeyi bölüşməsini xahiş etdiyinizdən əmin olmaq üçün əla ipucudur.

Bundan bəhs etmişkən, illər boyu öyrəndiyim digər bir şey, müsahibə prosesinə digər insanları daxil etməkdən çəkinməməkdir. Çox vaxt, işçini işə götürən şöbə meneceri və ya İR, prosesi tək idarə edir, ancaq mən namizədlərin gələcək həmkarları ilə söhbət etmələrinin yaxşı bir şey olduğunu gördüm. Başlayanda bir az izahat vermək lazımdır - namizədlərə nə etdiyinizi bildirin. Çox faydası var:

• Namizədə hər gün işləyəcəkləri və şirkət haqqında əlavə məlumat verə biləcək insanlarla görüşmək şansı verir. Bir dəfə işə götürülmə şansları var, əgər sualları olacaqsa, bu işçilər müraciət edəcəkləri insanlardır (menecerindən və ya İR-dan əvvəl).
• Şirkət namizəd üçün əlavə dəstək alır. Əgər digərləri işə qəbulu uda bilsələr, yeni işçiyə də yolları göstərəcəklər.

Doğru sualları vermək və işə qəbul prosesinə doğru insanları daxil etmək, şirkətə namizəd haqqında daha çox məlumat verə bilər və bunun əksi də keçərlidir. Bundan hər kəs faydalanacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Hrmagazine
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə