Müqayisə metodundan istifadə edin.
Ola bilsin ki, problemli işçinin fərqli bir əməkdaşlıq təcrübəsi yoxdur və o, başqa cür komandaların mövcud olduğunu təsəvvür edə bilmir. Ona əmək bazarındakı vəziyyət barədə məlumat verin və ya müvəqqəti olaraq daha sərt şərtlər altında işləyəcəyi şöbəyə keçirin.
Söhbət edin.
Aqressiv işçiyə fikrini ifadə edə bilmək üçün imkan verin. Bu tip insanların özünüqiymətləndirməsi ağrılı bir prosesdir, təqdir olunmağı tələb edir. Dinləmək isə insanın əhəmiyyət kəsb etdiyini, nəticədə onun mövcudluğunu etiraf etmək deməkdir.
Psixoloji oyun oynayın.
İşçilərə bir müddətlik yerlərini dəyişdirməyi təklif edin. Hər kəsə yeni bir obrazda qalmağa icazə verin. Təcavüzkar qurban rolunu oynamalıdır və əksinə. İmtina isə açıq şəkildə əməkdaşın zəifliyini göstərəcək ki, bu da sizə sərf edir.
Problemli işçini öz köməkçiniz edin.
Bəzi problemli işçilər hakimiyyətə can atır, lakin anlayır ki, bu, mümkün deyil. Odur ki, rəhbərlikdə və ya yerinə göz dikdikləri şəxsin işində çatışmazlıqlar axtarırlar. Vəzifə öhdəlikləri və ya mentorluq üzrə avtonomluq şəklində bonus təklif edin. Hətta efemer (yəni keçici, kövrək) güc və azadlıq hissi onu daha loyal edəcək.
Üçüncü tərəfi dəvət edin.
Əgər işçi HR-mütəxəssislərlə belə münaqişə yaradırsa, mütləq üçüncü tərəfi: psixoloq, konfliktoloq, korporativ mədəniyyət üzrə təlimçini məsələyə cəlb edin. Kənar mütəxəssislə işləməyin üstünlüyü budur ki, onu mübahisəyə qarışdırmaq olmur.
Müəllif: Nigar Umaxanlı
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az