Müdirə necə etiraz etmək olar?

04 may, 2017 0 1 165


Müdirə necə etiraz etmək olar?


Müəyyən üsullardan istifadə edərək siz ona öz etirazınızı mədəni şəkildə, münasibətlərinizə xələl gətirmədən və iş yerinizi itirməyə risk etmədən bildirə bilərsiniz.

Sizə bir neçə məsləhət təqdim edirik:

Öz fikrinizi deməkdən qorxmayın

İlk növbədə, sizin fikrinizin şirkət üçün mühüm olduğunu etiraf edin. Professional əhatənizdə sizin üçün vacib məsələləri qaldırmaq çox əhəmiyyətlidir. Əməkdaşların firkinə qarşı tab gətirə bilməyən çalışanlar təşkilatın fəaliyyətinə mənfi təsir göstərirlər.
Öz fikrini söyləyə bilmək bacarığı uğura nail olmaq üçün çox vacibdir.

Müdirinizlə müzakirə edəcəyiniz problemləri diqqətlə seçin

Təbii ki, öz fikrini söyləyə bilmək çox əhəmiyyətlidir, lakin bununla yanaşı hər suala görə müdirinizə müraciət etməyə dəyməz.

Müdirə kollektivdəki şəxsi məsələlərə görə müraciət edəndə o, böyük ehtimal, özünü lider deyil, uşaq bağçasında tərbiyyəçi hiss edir. Müdirinizə müraciət etməmişdən öncə hər zaman problemlərinizi kollektiv daxilində həll etməyə çalışın.

Sizin işinizə və yaxud təşkilatın fəaliyyətinə və həmçinin öz səhvinizi etiraf edəcəyiniz halda, yəni ciddi problemlərə görə müdirinizə müraciət edin.

Boş vaxt tapın

Əgər siz müdirinizin qərarı ilə razı deyilsinizsə, sizin edə biləcəyiniz ən pis hərəkət, əməkdaşlarınızın yanında öz etirazınızı bildirmək və yaxud müdirinizə elektron poçt ilə hirsli məktub göndərmək olardı.

Uyğun vaxt seçin, sizi narahat edən problemi iş iclasının ortasında müzakirə etmək məsləhət görülmür.

Və bu məqsədlə müdirinizn otağına hirsli şəkildə daxil olmaq lazım deyil. Sizə ayrı ofisdə görüş təyin edilməsini xahiş edin. Problemi üzbəüz müzakirə etmək hər zaman daha yaxşıdır. Və əgər sizi emosiyalar öz cənginə alıbsa, elektron yazışma ünsiyyətin ən yaxşı forması deyil.

«Yaxşı xəbərdən» başlayın

Söhbəti mənfi xəbər verməklə başlamayın. İlk növbədə işinizdəki müsbət nüansları qeyd edin. Daha sonra mövcud olan vəziyyəti düzəltməklə bağlı öz fikrinizi, qorxularınızı və tövsiyələrinizi bildirin.

Əgər sizin müdiriniz özünü müdafiə etməyə başlayırsa, fasilə edin və probleminizi səsləndirin. Xoş məramlı olduğunuza müdirinizi inandırın və ona öz qorxularını bildirməyə imkan yaradın.

Şirkət haqqında düşünün

Hər zaman birinci yerə şirkətin tələbatlarını qoyun. Dərin suallar verin və müdirinizə şirkətin fəaliyyətinə təsir edə biləcək variantları təklif edin. Müdiriniz sizin fikrinizi dəstəkləməsə məyus olmayın. Yadda saxlayın ki, öz fikrinizi söyləyərək siz şirkətə xeyir gətirirsiniz və müdirinizə şirkətin inkişaf etməsini istədiyinizi bildirirsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə