HR-AZ.com Almaniyanın "Competence Connects Cultures" şirkəti ilə də əməkdaşlığa başladı.
Bu əməkdaşlıq çərçivəsində HR-AZ.com rəhbər şəxslər üçün "Crisis management" / "Krizisin idarə olunması" mövzusunda ilk ödənişsiz vebinarını təqdim edir.
Vebinar 19 aprel saat 12:00 təşkil olunacaq.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Yerlər məhduddur.
Qeydiyyat formu:
https://forms.gle/QQw4xuuqJ39twp72ATəlimçi: Frank Bannys (biznes konsultant, koç və təlimçi)
Frank 2010-cu ildən bəri rəhbəri olduğu "Competence Connects Cultures" şirkəti vasitəsilə mədənəiyyətlərarası idarəetmə, layihələrin idarə olunması, liderlik, dəyişikliyin idarə olunması, krizisin idarə olunması və sairə idarəetmə təlimlərini təqdim edir. "Competence Connects Cultures" şirkəti ABŞ, Kanada, Almaniya, Avtsraliya, Sinqapur, Çin, CAR, Rusiya, Hindistan, İspaniya, İtaliya, Yunanıstan, Malayziya, İsveç və Meksika kimi bir sıra dövlətlərin iri şirkətlərinə biznes konsultasiya xidmətləri göstərməkdədir.
Frank ABŞ, Kanada, Yunanıstan və Almaniya kimi ölkələrdə 30 ildən çox rəhbər vəzifələrdə təcrübəyə malikdir. Britaniyanın Uels Universitetində İdarəetmə elmləri, Almaniyanın Manheym Universitetində Biznesin idarə olunması üzrə təhsil almışdır. Sertifikatlaşmış biznes koç və sertifikatlaşmış mədəniyyətərarası idarəetmə üzrə təlimçidir. Alman və ingilis dillərində sərbəst, İspan və Fransız dillərində orta səviyyədə danışa bilir.
Eyni zamanda "Interkulturelles Management" - Mədəniyyətlərarası idarəetmə kitabının müəllifidir.
Məlumat üçün bildirmək istərdik ki, HR-AZ.com bir neçə gün öncə daha bir Almaniya şirkəti olan "C to B Coaching Company" şirkəti ilə də əməkdaşlığa başlamışdı. Müvafiq əməkdaşlıq çərçivəsində təşkil olunacaq "Tips For Giving Professional Virtual Presentations" / "Peşəkar Virtual Təqdimatlar" mövzusunda ilk ödənişsiz vebinarı haqqında ətraflı məlumat üçün
buraya klikləyin.
Qeyd: Korporativ sifarişlər üçün orkhan.safarli@hr-az.com email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com