Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün qızıl dəyərində 5 tövsiyə

23 iyun, 2018 1 1 703


Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün qızıl dəyərində 5 tövsiyə


Artıq yaydır və universitetdə imtahanlar da bitəcək. Təcrübə proqramına qəbul olanlardansınızsa, əvvəlcə sizi təbrik edirik. Təcrübə proqramı müddətində uğurlu olmaqla bərabər uzun perspektivdə karyeranıza müsbət şəkildə yön vermək istəyirsinizsə, sizə bir neçə tövsiyəmiz var.

1) Sual verməkdən çəkinməyin.


Ümumiyyətlə, insanların “axmaq suallar vermə” dediyini eşitmisiniz. Əslində bu təcrübə proqramı üçün keçərli deyil. Verəcəyiniz sualın “axmaq” olduğunu düşünsəniz belə, çalışdığınız qədər çoxlu suallar verin. Çoxlu şeylər öyrənmək və təcrübə proqramında uğurlu olmaq üçün sual verməkdən çəkinməyin. Rəhbərinizə, işlədiyiniz komanda yoldaşlarınıza ya da sizin kimi təcrübəçilərə suallar verin. Sual vermək rolunuz, şirkətiniz və işlədiyiniz sektor haqqında informasiya əldə etməyin ən yaxşı və rahat yoludur.

2) Yaxşı təəssürat buraxın.


Tez-tez eşitdiyiniz bir cümlə kimi gəlsə də, yaxşı təəssürat işə götürəndə sizin haqqınızda müsbət fikir yaradacaqdır. Beləcə, sizi o andan etibarən ciddi qəbul edib, çalışqan və peşəkar olduğunuzu düşünəcəklər. Belə bir təəssürat yaratmağın yollarından bəziləri bunlardır:

Ofis üçün professional geyinin. Nə geyinəcəyinizdən əmin deyilsinizsə, işə getmədən öncə araşdırın. Hər bir şirkətin özünəməxsus dress kod-u (vahid geyim forması) var. Buna diqqət etməyiniz lazımdır.
İşə vaxtında gəlin və vaxtından qabaq ayrılmayın. Təcrübəçilərin etdiyi ən böyük səhvlərdən biri də bu formada düşünməkləridir: “onsuz da təcrübəçiyəm, gec gəlib və tez çıxaram”. Bu səhvi etməyin.
İşinizə fokuslanın. İşləməyiniz lazım olduğu vaxtlarda diqqətinizi tamamilə işinizə verin. “Facebook”da, “Linkedin”də vaxt keçirtməyin və ya telefonla uzun müddət işlə bağlı olmayan mövzularda danışmaq həm pis təəssürat yaradar, həm də etməli olduğunuz işlərin müddətini uzadar. Bu şeyləri günorta fasiləsində rahatlanmaq və ya dinlənmək məqsədi ilə etməyiniz daha yaxşı olar.

3) Çoxlu qeydlər edin.

Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün qızıl dəyərində 5 tövsiyə


Təcrübə proqramına başladığınızda mühitə uyğunlaşmağınız bir qədər vaxt ala bilər. Balaca qeyd kitabçası və qələm daşımağınız sizin faydalı ola bilər. Öyrəndiyiniz şeyləri, tanış olduğunuz insanların adlarını, planları və verilən qərarları yazın.

4) Açıq vakansiyaya müraciət edin.

Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün qızıl dəyərində 5 tövsiyə


Şirkətlərin bəziləri təcrübəçilərə uzun müddət təcrübə imkanı və təcrübə proqramından sonra tam ştatlı iş imkanı təklif edir. Etdiyiniz işi bəyənirsinizsə və şirkətdəki digər işçilər kimi tam ştatlı işləmək istəyirsinizsə, açıq vakansiyanın olub-olmamasını soruşmaqdan çəkinməyin. Ən pis ehtimalla şirkətdə tam ştatlı vakansiya tapmasanız, şirkətdə təcrübə proqramında əldə etdiyiniz iş təcrübəsi bir sonrakı iş görüşmələrində sizin köməyinizə çatacaq.

5) İş yoldaşlarınızın adlarını xatırlayın.

Təcrübəçilərə karyera pilləsində yüksəlmək üçün qızıl dəyərində 5 tövsiyə


Digər təcrübəçilərdən və hətta, işçilərdən belə önə çıxmağın ən gözəl yolu hər kəsin adını xatırlamaqdır. Çox güman ki, çoxlu sayda insanla qarşılaşacaq, tanış olacaqsınız və birlikdə işləyəcəksiniz. Hamısının adını xatırlamaq çətin ola bilər. Yenə də bunu sınayın. Hansı şöbədə oturduqlarını və ya harada gördüyünüzü xatırlamağa çalışaraq adlarını daha rahatlıqla əzbərləyə bilərsiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
Emil23 iyul 2024, 02:16
Hey! Do you use Twitter? I'd like to follow you if that would be ok.

I'm absolutely enjoying your blog and look forward to new posts.


my web blog - Larren
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə