Emosional intellekt və onun karyerada əhəmiyyəti

15 iyul, 2018 0 4 135


Emosional intellekt və onun karyerada əhəmiyyəti


Gəlin ilk öncə ədəbiyyatlarda emosional intellektin qısa tarixi və mənasına nəzər salaq.

Emosional intellekt (EQ) anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin və J. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın Emotional Intelligence (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı.

Salovey və Mayerə görə emosional intellekt “özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir-birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir.”

D. Golemana görə emosional intellektə aşağıdakı sahələr daxildir:

Emosional intellekt və onun karyerada əhəmiyyəti


Özünü dərk etmə – öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam;
Özünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
Sosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;
Münasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti.
Yaxşı bəs emosional intellekt bizə nəyə görə lazımdır? Biz ondan həyatımızın hansı mərhələsində və necə istifadə etməliyik?

Emosional intellekt və onun karyerada əhəmiyyəti


Şübhəsizdir ki, emosional intellektin iş müsahibələrində və karyeranın inkişafında çox mühüm rolu vardır. Emosional intellekt iş müsahibələrində həm müsahibə götürənlər üçün, həm də namizədlər üçün əhəmiyyətlidir. Emosinal intellekti güclü olan insanlar, iş müsahibələrində həm özlərinin, eyni zamanda da digərlərinin hiss və düşüncələrini analiz edərək, bu məlumatlar nəticəsində öz hərəkətlərini idarə edə bilirlər, eyni zamanda düzgün qərar qəbul edə bilirlər. Çünki, bu qabiliyyətin yaxşı inkişaf etdiyi insanlarda münaqişələrin idarə edilə bilməsi bacarığı, emosiyaların nəzarətdə saxlanılması qabiliyyəti, gərgin vəziyyətlərdə qərar qəbul edilməsi bacarığı və empatiya nəticəsində digər insanların hiss və istəklərini anlama qabiliyyəti yüksək olduğundan, onlar emosional intellekt sayəsində yaranmış vəziyyətlərdən xeyirli çıxa bilirlər.

Deməli, emosinal intellekt bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaların nəzarətdə saxlanılmasına, münaqişələrin idarə edilməsinə, özünə inam, motivasiya, komanda işi kimi peşəkar xüsusiyyətlərin inkişaf etdirilməsinə, empatiya quraraq digərlərinin hiss və düşüncələrinin öyrənilməsinə kömək edir. Qeyd edilən bacarıqların inkişaf etdirilməsi ilə karyerada və hər hansı fəaliyyətdə uğur qazanmaq şansı daha real hala gəlir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə