İrina Hakamadadan incilər

10 oktyabr, 2017 0 910


İrina Hakamadadan incilər


Tanınmış rusiyalı yazıçı, təlimçi və şəxsi inkişaf üzrə mütəxəssis İrina Hakamada özünəməxsus kəskin, ancaq faydalı düşüncələri ilə seçilir. Bu məqaləmizdə onun həyata baxışı barədə maraqlı fikirləri sizinlə paylaşırıq.

İş və istirahət haqqında.

Çox işlədiyiniz zaman beyninizə həddindən artıq məlumat daxil olur. Elə bir vaxt gəlir ki, bu məlumat qazanın içərisinə yerləşdirilmiş mayalı xəmirə bənzəyir: siz qapağı bağlamısınız, ancaq o getdikcə şişir və şişir. Sonra başlayır çıxmağa və qapağı qaldırır. Yuxunuzun ərşə çəkildiyi və iştahınızın itdiyi vaxt sizin şüurunuz da bu şəkildə dolmağa başlayır. Ən əsası da siz ağıllı və faydalı işçi olmaqdan çıxırsınız, çünki xüsusən böhran vaxtlarında, fərq etmir yerli və ya qlobal, qeyri standart həllər tələb olunur. Siz isə başqa cür vərdiş etmisiniz…

Sizi bu sıxıntılı vəziyyətə sıxışdırıblar, sizdə isə hər hansı həll yoxdur. Siz bəsit məsələlərin həlli öyrədilən balaca uşağa bənzəyirsiniz, qeyri-standart tapşırıq verilən kimi – o, iki alır. Başqa əhval-ruhiyyənin yaranması üçün fasilə verməlisiniz. Evə gəlməli, bütün telefonları bağlamalı, hətta növbəti gün işə getməməli və bunun üçün bəhanə gətirməlisiniz. Nəhayət, arzu etdiyiniz bir filmə tamaşa etməlisiniz. Ya da ki, baxçada oturub mavi səmaya gözünüzü zilləməlisiniz. Elə yer ki, ətrafda heç kim, uşaqlar yoxdur. Heç kim səs salmır.

Fasilə vermək lazımdır. Bu fasilədə düşüncələriniz seyrələcək, artıq xəmir yox olacaq və yerinə oturacaq. Balaca boşluq yaranacaq və şüuraltınız bu boşluqdakı artıq məlumatları atacaq.

İrina Hakamadadan incilər


Hamının xoşuna gəlməyə çalımalıyıqmı?

Xoşbəxt insan sadəcə düşüncəsinə etibar etdiyi insanların rəylərinə əhəmiyyət verir. Hər kəsin xoşuna gəlməyə çalışsanız, heç vaxt risk etməyəcəksiniz və şəxsi layihənizi/işinizi yaratmayacaqsınız. Axının əksinə getməzsəniz, yaradıcı ola bilməzsiniz. Bəşəriyyəti qeyri-standart düşüncəyə sahib insanlar hərəkətə keçirir.

Emosional intellekt haqqında

Biz duyğulara və əhval-ruhiyyəyə sahibik. Bu, bizim emosional potensialımızdır. Emosional potensialı emosional zəkaya çevirməyi bacarmaq – bu, sənətdir. Bu sənətin köməyi ilə biz pul, cəmiyyətin təqdirini, bizim üçün əhəmiyyət kəsb edən insanların sevgi və hörmətini qazana bilərik – bu, ən yüksək pilotajdır.

Özünü sevmək barədə

Özünü sevmək – ilk növbədə özünə qarşı məsuliyyətli yanaşma deməkdir. Bu o deməkdir ki, siz hər zaman özünütədrislə və inkişafla məşğulsunuz. Əgər münasibətlər xoşunuza gəlmirsə – siz onları dəyişirsiniz. Gözləmirsiniz ki, kimsə bunu sizin yerinizə edəcək. Əgər dost çevrəniz dardırsa, bu çevrənin genişləməsi üçün addımlar atırsınız. Gözləmirsiniz ki, kimsə sizə nə vaxtsa diqqət yetirəcək.

Siz özünüzə söykənir və arxalanırsınız və hər zaman özünüzü təkmilləşdirirsiniz. Bu zaman özünüzə inam və hörmət yaranır – bu özünə qarşı sevgidir. Siz özünüzə güvənərək həyatınızı qurmağa başlayırsınız.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Coaching.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə