Yaxşı işçini necə tapmaq olar?

17 iyul, 2017 2 2 730


Yaxşı işçini necə tapmaq olar?


Mənə yaxşı bir satış meneceri lazımdır – gəlsin satışlarımızı artırsın və ya mənə yaxşı bir mühasib lazımdır – gəlsin hesabatçılığı düzgün qursun və ya mənə… və s. və ilaxır. Əminəm ki, bu sözləri hər gün eşidirsiniz… indi isə, hazır olun mən bu mövzu barədə fikirlərimi deyim. Yaxşı işçi, nağıllarda olur, biznesdə isə bilirsiz nə olur!?

Bəli – bəli olmur, biznesdə yaxşı işçi ola bilməz. İşçini yaxşı edən rəhbərlərdir. Əgər Siz (biz) yaxşı işçi axtarışındayıqsa, ilk əvvəl özümüzdən bəri baxmalıyıq. Hər şeydə belədir, yaxşı dostunuzun olmasını istəyirsiniz, özünüz yaxşı olun, nümunə olun onda, dostlarınız yaxşı olacaq. Sevdiyiniz istəyirsiniz yaxşı olsun!? Hamı istəyir, onda özünüz yaxşı olun, hər şey düzələcək və s.

Niyə görə yaxşı işçinin tapmaq olmur? Mən öz praktikamdan gördüklərimi Sizlərə deyəcəm…

Birincisi yaxşı işçisini heç kim itirmir. Yaxşı işçini, kim itirər?! Əgər bu yaxşı işçi, üzr istəyirəm ifadəmə görə… qudurmayıbsa, heç bir rəhbər yaxşı işçisini itirməz. Yaxşı işçi yalnız, ulduz xəstəliyinə tutulduğu zaman işdən çıxarıla bilər, məncə Sizədə ulduz işçi yox, işinizi aparan birisi lazımdır.

İkinicisi, digər bir biznesdə yaxşı işçi olan birisinin, Sizin biznesdədə eyni dərəcəli performansı sərgiləyəcəyi böyük sualdır. Mənim şəxsən təcrübəmdə başqa bir şirkətdə böyük iş görmüş çox az, işçilər eyni dərəcədə yeni işdə faydalı olub.

Üçüncusu, yaxşı işçi adətən, adekvat, daha doğrusu qeyri-adekvat əmək haqqı istəyir. Bilirsiniz, biznesin əsas məqsədi pul qazanmaq olur və bahalı işçi hər zaman düzgün seçim olmur.

Biz hesab edirik ki, yaxşı işçi tapmağın yeganə yolu, onu özümüz tərəfindən yetişdirməyimizdir. Belə olduqda, o Sizin biznesin (oxu Sizin) xasiyyətinizidə yaxşı bilir. Bir növ Sizin xəmirdə yoğrulur və son dərəcə effektiv işçi olur. İstər Azərbaycanda lider, istərsədə digər qlobal şirkətlərə baxsanız, hər birində rəhbərlik məhz öz şirkətinin içindən çıxmışlar. Bu təsadüfi deyil. Sizin şirkətinizdə işləyə-işləyə işçi həm dəyərlərə sadiq qalır, həm loyal olur (nisbətən loyal), həmdə yaxşı işləyə bilir.

Xarici şirkətlərdən P&G, Coco-Cola və ya digərinə baxın, rəhbərlikdə olanların CV-sini incələdikdə görürük, nə öyrənib şirkət daxilində öyrənib. Bizim prinsip tam olaraq özünü göstərir, yaxşı işçi tapmağın yolu, onu yaratmaqdır. Məhz buna görə, HR-ar başa düşməlidirlər, şirkətin ən dəyərli resursu olan – insanlar, məhz şirkət daxilində inkişaf etdirilməlidir. Nə qədər ki, köhnə işçinin üzərinə, xarici işçi gətirsəniz bir o qədər biznes geriyə gedəcək.

Məsələn, yerli şirkətlərə diqqət edin… İdeal Parfumeriyanın, ən problemli dövrləri məhz şirkət menecmentində xaricilərin (Ukrayınların) dominatlıq etdiyi dövrlərdə oldu. Embawood etdiyi ən strateji səhvlər menecmentdə xaricilərə (türk vətəndaşlarına) önəm verildiyi zamandan başlayıb. Digər şirkətlərimizdədə eyni vəziyyətdir. Çox vacibdir ki, rəhbərlik şirkət əməkdaşlarından çıxsın. Bu strateji olaraq vacibdir. Karyera pilləkəni düzgün işlədikdə, şirkətdə normal işçilər çox tezliklə super işçiyə çevrilirlər. Hər şey insanın öz əlindədir, bilirsiniz!

Sahibkarlar başa düşməlidirlər ki, onların özlərinin bəzən edə bilmədiklərini edə biləcək insan yoxdur. Olmayacaq. Bunu yaratmaq lazımdır. İşçiləri “0” götürmək və sözün tam mənasında “əlindən” tutub öyrətmək lazımdır. Yaxşı işçi, yaxşı sahibkarın, yaxşı rəhbərin yanında olur. İşçinin yaxşı olması üçün biznes model yaxşı olmalıdır, işçi işdən həzz almalıdır və s.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
ilkinmanafov.com
Oxşar məqalələr
Şərhlər
Ramik1 mart 2020, 19:14
xacmaz uzre is axtariram
Fancy3 sentyabr 2024, 03:48
Good post. I learn something totally new and challenging on blogs I stumbleupon everyday.
It will always be interesting to read content from other writers and practice something from their websites.


My page: Trecia
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə