Korporativ mədəniyyət nədir və nəyə görə mütləqdir?

05 fevral, 2019 0 4 717


Korporativ mədəniyyət nədir və nəyə görə mütləqdir?


Bir çox müasir sahibkarlar korporativ mədəniyyətin imkanlarından xəbərsizdirlər və buna görə də, özlərini belə bir idarəçilik resursundan məhrum edərək onu öz professional fəaliyyətlərinə tətbiq etmirlər. Məşhur və nisbətən iri şirkətlərdə korporativ mədəniyyətin olmaması nəinki şirkət daxilində xaos yaradır, həmçinin müştərilərə xidmət səviyyəsində özünü biruzə verir.

Əməkdaşlar tərəfindən daimi şikayət və gileylər, şirkətə hörmətin olmaması, professional səviyyənin aşağı olması, müştərilərə düzgün xidmətin göstərilməməsi və s. korporativ mədəniyyətin olmamasından xəbər verir.

Korporativ mədəniyyət – zamanın sınağından keçmiş və təşkilatın əməkdaşları arasında bölünən dəyər, simvol, inanc, davranış forması sistemidir. Çiçəklənmək niyyətində olan və buna can atan hər bir şirkət və təşkilat öz korporativ mədəniyyətini formalaşdırır.

Şirkət məhz korporativ mədəniyyət sayəsində öz simasını yaradır, müştəri və əməkdaşlar üçün tanınan olur. Məhz korporativ mədəniyyət professional qrupda münasibət sistemini formalaşdırır, şirkətin məqsəd və dəyərlərini əks etdirir, əməkdaşları intizama dəvət edir, şirkətin biznes mühitində yüksək nüfuzunu dəstəkləyir.

Korporativ mədəniyyət təşkilatın strategiyası ilə sıx qarşılıqlı əlaqəyə sahibdir. Bununla yanaşı, korporativ mədəniyyətin şirkətin strategiyası ilə uyğunluq və qeyri-uyğunluğu məsələsinə bir neçə yanaşma mövcuddur. Ya strategiya onun əsasında yaradılmış şirkətin norma və qaydalarını yüksəldir, ya da artıq mövcud olan qaydalara uyğunlaşır. Bundan əlavə, korporativ mədəniyyət insanların ümumi psixologiyası, həmçinin şirkətin yerləşdiyi ölkə və yaxud qitənin psixologiyası ilə qarşılıqlı sürətdə əlaqəlidir.

Bütün bu cəhətlərlə yanaşı, şirkətin fəaliyyət göstərdiyi ölkənin tarixi təcrübəsi də onun korporativ mədəniyyətinə təsir edən amillərdəndir. Belə ki, bir xalq nə qədər çox müharibə və sarsıntı keçirmişsə, öz şirkətində milli idealvə dəyərləri bir o qədər fəal olaraq irəli sürəcək. Tarixi təcrübə baxımından xalq optimist (öz gələcək inkişafına inanan), yaxud pessimist (ümumi dəyişiklikllər imkanını rədd edə bilən) ola bilər.

Korporativ mədəniyyət 2 növdə ola bilər:

Güclü – bu zaman şirkət əməkdaşları öz hüquq və öhdəliklərini dəqiq olaraq bilir, məhsuldar fəaliyyət göstərir, bir-birilərini dəstəkləyir, rəhbərlərinə, şirkət adət-ənənələrinə, dəyərlərinə, ideallara hörmətlə yanaşırlar. Bu halda əməkdaşlar fəaliyyət göstərdikləri şirkəti “özlərinin ikinci evləri” hesab edirlər.

Zəif – bu yuxarıda sadalanan əlamətlərin mövcud olmadığı haldır. Zəif korporativ mədəniyyətə sahib şirkətlər qeyri-effektiv fəaliyyət göstərir, cəmiyyətə, özünə, ölkə iqtisadiyyatına maddi zərər vurur, müştərilərə isə yalnızca məyusluq qazandırır.

Buradan belə nəticəyə gələ bilərik ki, öz işini yaratmağa hazırlaşan sahibkar anlamalıdır ki, şirkət korporativ mədəniyyətə malik olmadığı halda öz təşkilatının iqtisadi inkişafını ləngitməklə yanaşı, onun nüfuzunu da endirir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə