İşçi məmnuniyyəti

05 avqust, 2018 0 2 719


İşçi məmnuniyyəti


Təcrübə göstərir ki, insanlar sevdiyi işlərlə məşğul olduqda daha effektiv bir iş ortaya qoymağı bacarırlar. Bəzən isə bu qanunauyğunluq da pozula bilir.

Belə ki, sevdiyi işlə məşğul olan insanlar belə bəzən işindən narazılıq edirlər. Ya əmək şəraitindən, ya əmək haqqından, ya kollektivdən, ya da perespektiv imkanlarının azlığından, vəzifə artımının olmasından və s. şikayətlənirlər.

Müasir zamanda insan razı etmək, ələxsüs də işçilərin razı salına bilməsi və ya məmnun edilməsi olduqca mürəkkəb bir hadisədir. Fərqli xarakterlər, düşüncələr və dünya görüşünə sahib olan insanları eyni şəkildə məmnun etməyi düşünmək isə sadəcə sadəlövlükdür.

Son 4 ildə müşahidələrimizə əsasən demək olar ki, işçilər məmnun edilmədiyini iddia edərərək tez-tez iş yerlərini dəyişməyi seçirlər. Görəsən işəgötürənlər həqiqətən işçiləri razı edə bilmirlər ya işçilər onlar üçün önəmli hesab edilmirlərmi?

Əmək bazarı və insanların işə yanaşma prinsipi 5-10 il öncə olduğu kimi deyil artıq. İşçi artıq bir neçə məsələ üçün işəgötürəndən məmnun edilmək istəyir.

Bu məsələlərdən ən önəmliləri aşağıdakılardır:

Əmək şəraiti;
Karyera planlama;
Dəyər.


Əmək şəraitini işçinin məmnun edilməsi baxımından ən önəmli faktorladan biri hesab etmək olar. İş saatları və şəraitinin normativ standartlara uyğunlaşdırılaraq, işəgötürən tərəfindən tətbiq edilməsi işçi məmnuniyyətinin yaxşılaşdırılması istiqamətində atılan vacib amildir.

Karyera planlama isə hər bir işəgötürən tərəfindən hazırlanmalı olan və tətbiqi üçün lokal əmək şəraiti nəzərə alınmaqla icra edilməsi əsas hesab ediləcək bir prosesdir.Karyera planlamanın tətbiqində qeyd etdiyim kimi şirkətin lokal əmək şəraiti nəzərə alınmaqla yanaşı, eyni zamanda korporativ mədəniyyətin də əsas amil kimi nəzərə alınması başlıca şərtlərdən biri kimi qeyd edilə bilər.

Əmək şəraiti yaxşı olan, hətta karyera planlaması aparılan şirkətlərdə də bəzən işçilər asanlıqla iş yerlərini dəyişə bilirlər. Səbəbini öyrənmək istədikdə isə…

“Yetərincə işçiyə dəyər verilmir” cümləsi ilə qarşılaşırıq. Bu dəyər əslində nədir axı? Dəyərli mütəxəssislərin işdən çıxmağına səbəb olan DƏYƏRsizlik?!

Dəyər əslində, işçinin maddi-mənəvi cəhətdən özünü rahat və güvənli şəkildə ifadə etdiyi bir mücərrəd məfhumdur. İşçi məmnuniyyətinin təmin edilməsində şirkətin, aidiyyatı rəhbərinin ona verdiyi dəyər işçinin şirkətə sadiqliyini artıran nüanslardan biridir.

Müəllif: Vahid Məsimov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə