İmposter sindromu nədir?

30 avqust, 2020 0 1 765


İmposter sindromu nədir?


İmposter sindromu, şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur.

İmposter sindromu, şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər.

Bu şəxslər şansın davamlı olaraq onların üzünə güldüyünü, bu səbəblə də əllərindəki nailiyyətləri qazandıqlarını iddia edir və hətta öz beyinlərində buna uyğun olmayan səbəblər də qururlar. Məsələn, hər hansı bir çox çətin akademik imtahandan yüksək nəticə qazanan şəxs “imtahanda qarşıma çıxan suallar çox asan idi”, yüksək bir mövqedəki vəzifə üçün çalışan və sonda əldə edən insan “rəqiblərim çox zəif idi” və ya “o qədər də güclü rəqabət yox idi” deyərək məqsədi yolunda istifadə etdiyi bütün bilik və bacarıqlarını gözardı edib hər şeyi şansa bağlayırlar. imposter

İmposter sindromunun ən sarsıdıcı tərəfi isə bu şəxslərin bir gün bütün şans əsəri qazandıqlarına layiq olmadıqlarının üzə çıxacağını düşünmələridir. Bu şəxslər nə vaxtsa “təsadüfi” yüksəlişlərinin anlaşılacağını və əllərindəki hər şeyi itirəcəklərini düşünürlər.

Maraqlısı budur ki, araşdırmalara görə bu sindroma qadınlarda və hər hansı bir azlığın (milli, irqi, dini və s.) üzvlərində daha çox rast gəlinir. Səbəb olaraq isə cəmiyyətdə onlara qarşı oturuşmuş steorotiplər göstərilir.

Sindromun həlli yolları
İmposter sindromundan yaxa qurtarmaq üçün isə bəzi məsləhətlər var. Onlardan ən faydalıları:

• Hissləri faktlardan ayırın. Hər hansı bir mövqe/status və ya bacarığı qazanmaq üçün nələrdən keçdiyinizi, nələri öyrənib nələrə yiyələndiyinizi yada salın. Bunların həmin mövqeyə gəlmək üçün lazım olan yeganə vasitələr olduğunu xatırlayın və oraya çatmanızın səbəbinin bu olduğunu dərk edin. Ağlınıza gələn digər hissləri bu yolla uzaqlaşdırın. imposter imposter imposter

• Əgər sırf yuxarıda adı çəkilən steorotiplərə yanaşma səbəbilə özünüzün olduğunuz mövqeyə layiq olmadığınızı düşünürsünüzsə, bu fikri daha pozitiv bir fikirlə əvəz edin. Əvvəl-axır bütün steorotiplərin və önyarğıların dağılmağa məhkum olduğunu qəbul edin və özünüzün bunlardan birini edəcək olan “ilklərdən” olduğunu düşünün. İrq, milli kimlik və ya cins akademik və ya karyera həyatında keçilməz səddlər qoya bilməz.

• Bir mövqeyə çatmazdan əvvəl nələr etməli olduğunuzun planını qurun. Həmin mövqeyə çatdıqda planda nəzərdə tutduqlarınızdan nələri etdiyinizi xatırlayın. Bununla da şansınızın deyil, zəhmətinizin sizi irəli apardığına bir daha şahid olun. sind











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Markzone.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə