İş dünyasında şəxsi reputasiyanı necə qorumaq lazımdır?

19 iyul, 2019 98 2 370


İş dünyasında şəxsi reputasiyanı necə qorumaq lazımdır?


Hər zaman əsas olan biznes reputasiyası deyildir. Çünki internet bizneslərə daha şəffaf olma imkanı yaradır, biznes rəhbərləri isə öz şirkətlərinin dəyər rəmzinə çevrilir. Beləliklə, biznesmenlər (müəssisə sahibləri) müəssisənin etibarına əhəmiyyət verdikləri kimi öz şəxsi reputasiyalarına da diqqət yetirməlidirlər.

Tanınmış investor Warren Buffet – in dediyi kimi “İnam və etibar, bir sözlə reputasiya yaratmaq 20 il, itirmək isə beş dəqiqə çəkər.”

Müsbət reputasiyanı qoruyub saxlamaq, xüsusilə də milyonlarla insan sizin həm sosial, həm gündəlik davranışlarınıza fikir verirsə, təbiidir ki, çətin ola bilər,.

Əgər şəxsi reputasiyanız ilə biznes etibarınınızın vəhdət təşkil etməsini istəyirsinizsə, aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz.

İş dünyasında şəxsi reputasiyanı necə qorumaq lazımdır?

İctimai imicinizi nəzarətdə saxlayın

Biznesiniz və təbii ki, siz də populyarlıq qazandıqca, yavaş-yavaş öz ictimai imiciniz üzərindəki nəzarəti itirirsiniz. Kütləvi informasiya vasitələri mühüm ictimai və ya siyasi fiqurlar barəsində doğru olub olmamasından asılı olmayaraq, hekayə yaratmağı çox sevir. Hətta sadəcə öz işləri məşğul olan rəhbərlər və ya biznesmenlər belə medianın hücumundan tamamilə qoruna bilmirlər. Yadda saxlamaq lazımdır ki, əgər siz medianın işinə nəzarət edə bilmirsinizsə, öz etdiklərinizə nəzarət edin.

Şirkətiniz, işçiləriniz və müştərilərinizlə düzgün rəftar etdiyiniz təqdirdə kütləvi informasiya vasitələrində şəxsi reputasiyanızın korlanması çox çətin olacaqdır.

Son dərəcə şəffaf olmağa çalışın

Sirrlər yaxşı reputasiyanın ən böyük düşmənidir. Adətən hər hansı bir mübahisəli məqam yarananda anlaşmazlıqlarla bağlı şayiələr meydana çıxır. Bu zaman isə məsələyə aydınlıq gətirmək üçün mümkün qədər dürüst olmaq lazımdır.

Müəssisənizdə çalışan insanların məqsəd və planlarınızdan xəbərdar olmasını təmin etmək sizin üçün prioritet olmalıdır. İşçilər şirkətdə baş verən hadisələrdən tamamilə məlumatlı olduqları zaman yaranan mübahisəli məsələrin aradan qaldırılması üçün daha böyük səylə çalışacaqlar.

İşçilərlə yanaşı hədəf kütlə, daimi və ya potensial müştərilərə qarşı da dürüst olmaq lazımdır.

Məsuliyyəti tamamilə öz üzərinizə götürməyi bacarın

Mümkün deyil ki, uzun və uğurlu bir karyera ərzində heç bir səhvə yol verməyəsiniz. Adətən öz işinin peşəkarı olmayan, uğursuz rəhbərlər yol verdikləri səhvlərin nəticəsini tabeliyində çalışanlara həvalə edir və bu yolla da öz reputasiyalarını qorumağa çalışırlar.

Öz səhvlərinizi qəbul etməyi bacardığınız və onları həll etmək üçün şəxsən çalışdığınız zaman insanların sizə inamı daha da artacaqdır. Hər hansı bir şirkətin rəhbərisinizsə, təbiidir ki, kiçik uğursuzluqlardan daha çoxunun yükünü daşımalı olacaqsınız, ancaq öz səhvlərinizə görə məsuliyyət daşımağı bacarmalısınız.

Səhv etmək insana məxsusdur.


Nümunə götürdüyünüz insanların həyatını özünüzə örnək alın

Güman ki, sizin nümunə götürdüyünüz insanlar doğru yoldan ayrılmadan böyük işlərə imza atan Opra Uinfri və ya Bill Qeyts kimi tanınmış şəxslərdir. Əgər belədirsə, o zaman siz həmin şəxslərin həyatına və uğur hekayələrinə nəzər salaraq şəxsi reputasiyalarını hansı üsullarla qoruduqlarını aydınlaşdıra bilərsiniz.

Hər bir halda həmin şəxslər insanları dürüstlüyə, başqalarını dəstəkləməyə, iş yoldaşları ilə düzgün rəftar etməyə və ən əsası sevgiyə ruhlandırır və siz də onların etdiklərini dəyərləndirərək bu anlayışları öz hədəf kütlənizə necə adaptasiya edəcəyinizi öyrənə bilərsiniz.

Fürsətləri dəyərləndirin

Biznes imkanları adətən ən gözləmədiyiniz məqamlarda qarşınıza çıxır. Bəzən hətta şəxsi reputasiyanıza xələl gətirən hallar belə sizin üçün qeyri-adi şəkildə biznes uğuruna çevrilə bilər.

Məsələn, müəssisənin sosial media hesablarına göstərdiyiniz xidmətdən narazılıq edən, sizi tənqid edən rəylər gəlibsə, əsla bu rəylərə sərt reaksiya verməməli və ya həmin rəyləri görməzdən gəlməməlisiniz. Bunun əvəzinə isə siz bu vəziyyəti fürsətə çevirməli və narazı olan insanları öz lehinizə dəyişməyi bacarmalısınız.

Sonda onu qeyd etmək lazımdır ki, insanların nəzərində yaratdığınız müsbət və uğurlu şəxsi reputasiya karyeranızda uzun müddətli olmağınıza səbəb olacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
Shelia20 noyabr 2024, 20:37
The spins are broken up 20 a day more than the course of
9 days, so you’ll have a lot to do for that
week.

Here is my homepage; Check Here
Leonore20 noyabr 2024, 21:24
Redeem factors for statement credit, money back, present playing
cards, travel and more.

my homepage ... No Document Loan
Mark20 noyabr 2024, 23:52
You can borrow up to that restrict again as the money is repaid.


Also visit my blog: http://49.235.101.244:3001/elliotgrenier3
Gracie21 noyabr 2024, 05:11
Payday loans are considered a mmore doubtful type of mortgage, with astoundingly excessive charges and
rates of interest.

Here is my web site: Credit Loan
Greta21 noyabr 2024, 11:06
In the market for a ~$10k personal loan/LOC for a garage conversion.

Feel free to visit my webpage 이지론
Lara22 noyabr 2024, 01:18
As with a mortgage, you will pay curiosity usinng a line of credit score.


Here is my page;이지론
Colin26 noyabr 2024, 02:32
You can use a personal loan for any buy or project.


Here is my blog post: etalent.zezobusiness.com
Leanna26 noyabr 2024, 03:02
If bank card debt iis hurting your scores, it could be pfice it tto look right into a bad credit consolidation mortgage.


Feel free to surf to my web site :: https://blatini.com/profile/naomidetwiler
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə