SWOT analizi həm korporativ məqsədlər üçün, həm də şəxsi həyatınızda tətbiq edə biləcəyiniz sadə, lakin faydalı bir texnikadır. Bu texnika Albert Humphrey tərəfindən 1960-1970-ci illər arasında Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edilib. Güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün tez-tez SWOT analizindən istifadə olunur.
S (strenghts) – Güclü cəhətlər,
W (weaknesses) – Zəif cəhətlər,
O (opportunities) – Fürsətlər,
T (threats) – Təhlükələr
SWOT analizi necə aparılır?
Daxili və xarici analiz olaraqda bilinən SWOT analizini apararkən asan olması üçün 4×4 matrisindən istifadə olunur. Bu matrisin bir tərəfində şirkətin və ya şəxsin güclü və zəif tərəfləri yer alır. Buna daxili ünsürlər deyilir. Matrisin digər tərəfində isə şirkətin vəya şəxsin qarşısına çıxa biləcək fürsətlər və təhlükələr qeyd olunur. Bunlar isə xarici ünsürlərə aid edilir. Aşağıda göstərilən nümunə suallara cavab vermək SWOT analiz aparmaqda sizə kömək olacaqdır.
Güclü cəhətlər:
1. Hansı xüsusiyyətləriniz sizə satış qazandırır?
2. Şirkətinizin üstünlükləri nələrdir?
3. Digər şirkətlərdən fəqli olaraq nəyi daha yaxşı edirsiniz?
4. Olduğunuz sektorda insanlar sizi hansı tərəflərdən daha güclü görür?
5. Avantajlı olduğumuz məqamlar hansılardır?
Zəif cəhətlər:
1. Hansı xüsusiyyətlər satışınızı aşağı salır?
2. Nələri etməkdən çəkinməlisiniz?
3. Hal-hazırda var olan xüsusiyyətlərdən hansını yaxşılaşdırmalısınız?
4. Rəqiblərinizin sizdən daha yaxşı etdiyi şey nədir?
5. Etməkdə çətinlik çəkdiyimiz şeylər nələrdir?
Fürsətlər:
1. Hansı fürsətləri dəyərləndirə bilərsiniz?
2. Hansı fürsətlərin fərqindəsiniz?
3. İşə yarayan fürsətlər necə ortaya çıxar?
4. Hansı bazarlarda bizim üçün fürsətlər var?
5. Rəqiblərinizin fərqində olmadığı hansı fürsətlər var?
Təhlükələr:
1. Qarşınızda hansı əngəllər var?
2. Rəqibləriniz nələr edir?
3. Borclarınız vəya nağd probleminiz varmı?
4. Zəif tərəflərinizdən hansısa biri işinizi təhlükəyə atırmı?
5. Bizə hansı rəqiblər zərər verə bilər?
Analizi bitirdikdən sonra bütün məlumatların kağız üzərində qalması sizə heç bir fayda verməyəcək. Şirkət və ya fərd analiz bitdikdən sonra güclü tərəflərini daha da gücləndirməyə, zəif tərəflərini isə necə düzəldə biləcəyinə qərar verməlidir. Digər tərəfdən qarşıya çıxan fürsətləri necə dəyərləndirməli və təhdidlər necə yox edilməsi bilməlidir.
Bu analizi bir işə başlarkən və ya davam edərkən strategiyanızı qurmaqda istifadə edə bilərsiniz. Eyni zamanda rəqiblərinizi anlamağda və sağlam rəqabət aparmaqda sizə ciddi kömək olacaqdır.
SWOT analiz apararkən ilk şərt hər şeyi düzgün analiz etmək və diqqətli olmaqdır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Markzone.az