Motivasiya: əməkdaşların məhsuldarlığını artırmaq üçün qeyri-adi ideyalar

23 iyul, 2019 0 2 352


Motivasiya: əməkdaşların məhsuldarlığını artırmaq üçün qeyri-adi ideyalar


Əməkdaşların öz işinə maraqla yanaşmaları üçün, motivasiya etmək lazımdır. Bu məqsədə çatmaqda sizə bir neçə vasitələr köməklik edə bilər: təlimlər, seminarlar, rəqiblərlə müsahibə, yaradıcılıq günləri və s.

İdarəetmə dərslikləri menecerlərə işçilərinin xarici motivasiya vasitələrini diqqətlə nəzərdən keçirmələrini məsləhət görür. Bu kollektivdə atmosferi tənzimləmək, işçi heyətinin məhsuldarlığını artırmaq və göstəriciləri yaxşılaşdırmaq imkanını verir.


HR mütəxəssislərin fikrincə, işçiləri motivasiya etmək üçün təkcə maddi vasitələrdən deyil, eyni zamanda digər metodlardan da istifadə etmək lazımdır. Məsələn, Airbnb şirkəti öz əməkdaşlarına ofisə ev heyvanlarını gətirməyə icazə verir və ad günü münasibətilə işçi üçün əlavə istirahət gününü təşkil edir, Google isə əməkdaşlarına iş saatlarının 20%-ni yeni ideyaların inteqrasiyasına sərf etmələri üçün imkanlar yaradır.

Əməkdaşları motivasiya etmək üçün istifadə edə biləcəyiniz metodlar

Rəqib şirkətdə müsahibə

Adətən iş saatlarında əməkdaşlara digər şirkətlərdə müsahibədə iştirak etmələrinə icazə verilmir. Lakin, bu metodu müsbət qarşılayan qurumların sayı olduqca çoxdur, bəzi işəgötürənlər hətta bunu özləri təşviq edirlər.

Təbii ki, hər bir işçi yüksək əmək haqqı və perspektivli iş mühiti arzusundadır. Bu, insanları inkişaf etməyə motivasiya edir – onlar yeni xarici dilləri öyrənir, peşəkar ədəbiyyat oxuyur, öz vəzifələrin yerinə yetirilməsinə və hesabatlara məsuliyyətlə yanaşırlar.

Hobbi kursları

İT şirkətlərində əməkdaşların motivasiyası, iş prosesinin ən vacib tərkib hissələrindən biridir. Bu sahədə rəqabətin səviyyəsi olduqca yüksək olduğundan, rəhbərlik əməkdaşların plankasını daim artırır.

Motivasiya: əməkdaşların məhsuldarlığını artırmaq üçün qeyri-adi ideyalar


Əməkdaşları daha çox motivasiya etmək üçün, bir çox şirkət xüsusi hobbi-təlimlərini təşkil edirlər. Burada işçilər yalnız öz bilikləri ilə deyil, eyni zamanda məşğul olduqları hobbi ilə də bölüşə bilərlər.

Kursun həyata keçirilməsində iştirak edən müəllimlər üçün motivasiya sistemi var: şəxsi brendin təkminləşdirilməsi üzərində çalışırlar, ballar toplayırlar və öz ekspertliyini bir daha təsdiq edirlər.

Belə kurslar çərçivəsində əməkdaşlar pəhriz, sağlam həyat tərzi, yoqa, meditasiya və digər mövzular ətrafında müzakirələr apara bilərlər.

Kitab klubu

Motivasiya: əməkdaşların məhsuldarlığını artırmaq üçün qeyri-adi ideyalar


Hər bir şirkətin bunlara ehtiyacı var:
  • əməkdaşları öyrətmək, onları motivasiya etmək
  • biznesin inkişafı üçün yeni ideyaları generasiya etmək
  • əməkdaşların oratorluq qabiliyyətini təkminləşdirmək


Bu məqsədə çatmaq üçün kitab klubunu təşkil edə bilərsiniz. Əməkdaşlardan biri istədiyi biznes-kitabı seçir və kollektiv ilə birgə 1-2 həftə ərzində oxuyur, daha sonra kitabdan əldə etdiyiniz yeni biliklər müzakirə olunur. Bu həm yeni faydalı informasiyanı öyrənməyə, həm də əməkdaşların şəxsi keyfiyyətlərinin inkişaf etməsinə kömək edir. Bir müddət sonra əməkdaşlarınızın daha savadlı olduğunu, korporativ mədəniyyətin isə yaxşılığa doğru dəyişdiyini müşahidə edəcəksiniz.

Məzuniyyət əvəzində ekspedisiya

Yaradıcı kollektivi motivasiya etmək o qədərdə asan iş deyil. Belə ki, yaradıcı komandanın rəhbərliyi də qeyri-standart olmalıdır. Unutmayın ki, adi yanaşmalar komandanın qeyri-sabitliyinə, ilhamın olmamasına, həvəssizliyə və digər bir sıra problemlərə gətirib çıxara bilər.

Art-studiyanın direktoru – ideyalarla dolu və əməkdaşlarını daim motivasiya edən psixoterapevtdir. Əgər siz də yaradıcı bir kollektivə rəhbərlik edirsinizsə, nəzərə almalısınız ki əməkdaşlarınız yüksək qiymətləndirmə və yaradıcılığın düzgün başa düşülməsinə ehtiyac duyurlar. Bunlardan əlavə olaraq, aşağıdakı faydalı məsləhətlərdən yararlana bilərsiniz:

  • əməkdaşlarınıza yalnız kreativ tapşırıqlar verin
  • mükəmməlliyin dalınca qaçan əməkdaşlara bu işdə mane olun
  • hər bir şeyi tələsmədən, rahatlıqla etməyə çalışın


Yaradıcı işçilər üçün ən güclü motivasiya – tələbatın yüksək olmasıdır. Buna görə sərgilərin keçirilməsi, müxtəlif festivallarda iştirak və kitablarda məqalələr paylaşımı məqsədəuyğun olar.

Azad insanlar üçün

Evdən işləyən işçiləri adətən idarə etmək daha çətin olur. Çox vaxt insanlar düşünürlər ki, evdən işləyən işçiləri yalnız pul motivasiya edir. Təbii ki, bu belə deyil.

Əslində, uzaqdan işləyən əməkdaşın fəaliyyətinin strukturlaşdırılması çətin bir prosesdir. Burada əsas üç faktoru nəzərə almağınız lazımdır: rəqabətqabiliyyətli əmək haqqının təklif edilməsi, işçinin yaşadığı region üzrə gəlirin qiymətləndirilməsi və şəffaf mükafatlandırma sisteminin təmin edilməsi. Evdən işləyən bir əməkdaşın qeyri-maddi vasitələrlə motivasiya edilməsi, həllini tapmayacaq “müəmmalı” bir məsələdir.

Çox vaxt bu işçilər özlərini tam olaraq kollektivin tərkib hissəsi kimi hesab etmirlər, buna görə də ənənəvi metodlar heç bir nəticə verməyəcək.

Bundan əlavə olaraq, çalışın əməkdaşlarınız üçün yeni imkanlar yaradın. Nəzərə alın ki, evdən çalışan əməkdaşınız ilə müzakirələr apardığınız zaman, o, sizin səs tonunuzu eşitmir və üzünüzdəki emosiyaları görmür. Bu məqamı nəzərinizdən qaçırmayın.

Azad iş qrafiki – yaradıcı insanlar üçün mürəkkəb, lakin həvəsləndirici bir parametrdir. Belə bir iş rejimi yalnız məsuliyyətli istedadlara uyğun gəlir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə