Şahmat oyununun professional inkişafda və iş dünyasında faydası

23 iyul, 2018 0 2 897


Şahmat oyununun professional inkişafda və iş dünyasında faydası


Heç kimə sirr deyil ki, asudə vaxtlarımızda müxtəlif növ stolüstü oyunları oynamağı sevirik. Bu oyunlara nərd, domino, dama, şahmat və s. aiddir. Ancaq bu oyunlar arasında mənim üçün xüsusi yeri olanı var. Bu stolüstü oyunların şahı - şahmat oyunudur.

Şahmat – seçmə bir oyundur, hansını ki müxtəlif dövrlərin bir çox alimləri, siyasətçiləri, yazıçılari və iş adamları sevirdilər. Haqlı olaraq bəşəriyyətin ən qədim oyunlarından biri hesab olunur. Şahmat haqqında ilk xatırlatmalar bir yarım il əvvələ təsadüf edir.

Bu oyunun dünyada milyonlarla pərəstişkarı var. Şahmatın əsas üstünlüklərindən biri onun intellektual bacarıqları inkişaf etdirməsidir.

Müntəzəm olaraq şəhmat oynamaq təkcə bu işlə professional məşğul olanlar üçün zəruri deyil.

Bugün mən sizə bu oyunun professional iş dünyasında, şəxsi inkişafda faydasından danışacam.

Beyinin işləməsi necə dəyişir?

İstənilən peşə sahibləri üçün beyinin fəaliyyətini aktivləşdirilməsi qabiliyyəti ilə çox faydalıdır.

Oyun prosesi beyinin hər iki yarımkürəsini işlətməyə məcbur edir, buna görədə onlar harmonik və həmahəng inkişaf edirlər. Bizim beynimiz şahmat oyunu zamanı çox qiymətli intellektual qidalanma qazanır, təkmilləşir və inkişaf edir.

İnsan eyni zamanda həm məntiqi, həmdə abstrakt təfəkkürünü istifadə edir. Məntiqi təfəkkür – beyinin sol yarımkürəsidir. Oyunçu partiyanın sonu barədə fikirləşir, gedişlərin ardıcıllıqını təyin edir, hadisələrin düzgün və dəqiq zəncirini hazırlayır. Sağ yarımkürə isə - abstrakt təfəkkürdür. Bu potensial vəziyyətlərin yaranmasına cavab verir. Oyunçu rəqibin mümkün gedişlərini nəzərə alır və partiyanı keçmişdə istifadə olunmuş modeldə qurur.

Həmçinin oyun prosesində operativ və uzunmüddətli yaddaşdan aktiv istifadə olunur. Diqqət və fikri bir yerə cəlb etmə bacarıqı daha yaxşı işləməyə başlayır.

Düşünmə qabiliyyəti daha yaxşı təşkil olunmuş olur, insanlar tez bir zamanda düzgün qərar verməyə məcbur olurlar. Bu zərurilik məsuliyyətin, hazırlıqın, intizamın artmasına şərait yaradır. Emosional dözümlülük və iradə inkişaf edir. Özünə qarşı münasibət tənqidi olur. Uduzulmuş partiyalar səhvləri analiz etməyə və belə səhvləri gələcəkdə təkrar etməməyə məcbur edir. Eyni zamanda bütün lövhəni görmək və nəzarətdə saxlamaq - məkani təfəkkürü inkişaf etdirir. Mümkün kombinasiyaların hesablanması proqnozlaşdırma bacarıqını inkişaf etdirir.

Şahmat rəqəmsal və vizual informasiyaya əsaslanır, hansını ki insan beyni eyni zamanda emal etməlidir. Təbii ki, belə yük müsbət cəhətdən intellektual bacarıqlara təsir edir.

Yaxşı şahmatçı düzgün prognozlar etməyi bacarmalıdır, rəqibin gedişlərini qabaqcadan hiss etməlidir və oyunun sonluğu barədə fikirləşməlidir. Bundan əlavə, oyunçu tez qərar verməyi öyrənir və verdiyi qərarların nəticəsi barədə fikirləşir. Bu bacarıqların əldə edilməsi – şahmatın olduqca qiymətli faydasır.

Şahmat məşqləri nəyə öyrədir?

Vaxtımızı istənilən bir şeyə sərf etdikdə, ondan bizə verəcək faydasını gözləyirik. Şahmatın isə əsas faydası - əqli keyfiyyətlərin inkişafıdır.

1. Siz əsas olanı tez bir zamanda seçməyi, vəziyyəti ümümi şəkildə dəyərləndirməyi və vacib nüansları görməyi öyrənirsiniz.

2. Diqqət daha geniş və intensiv olur; vəziyyəti analiz etmək və qərarları qəbul etmək müddəti bir-birini növbə ilə dəyişir.

3. Məsələlərin həllində yaradıcı (təxəyyülün və fantaziyanın istifadəsi ilə) yanaşma, orijinal qərarlar tapmağa imkan yaradır - ən əsası təkcə şahmat lövhəsində deyil, həmdə həyatda.

4. Şahmat oyunu xarakterdə israrla məqsədə çatmaq, aktivlik, uğura inanmaq kimi keyfiyyətləri formalaşdırır.

5. İnsan vaxtının sərfiyyatını optimallaşdırmağı öyrənir.

6. Dözüm və düşüncə formalaşır. Uğurlu gediş üçün əlverişli an gözlənilir.

7. İnsan ehtiyatla, məsuliyyəti öz üzərinə götürürək risk etməyə öyrənir.

8. Digər insanları rəqib kimi qiymətləndirməyi öyrədir.

9. Dünyagörüşünü genişləndirir.

10. Biliyə maraqı inkişaf etdirir.

Şahmatın köməyi ilə əldə edilmiş bacarıqlar iş həyatında necə faydalı ola bilər?

Hər bir rəhbər öz vəzifələrini digərlərinə nisbətən daha yaxşı yerinə yetirən əməkdaşı daha tez, daha effektiv görə bilir. Marketoloq, dizayner və s. yaradıcılıq tələb edən vəzifələrdə şahmatla məşğul olan insan öz sürəti və kreativ düşüncəsi ilə seçilir. Bütün bu keyfiyyətlər hər kəsin karyera yüksəlməsində və öz mənfəətinin artırılmasında kömək edə bilər.

Şahmat oyununun digər faydaları isə aşağıdakılardır:

Diqqət və səbr

Bütün partiyada qabaqda ola bilərsiniz, ancaq bir anlıq rahatlaşsaz, üstünlüyü itirə bilərsiniz. Buna görədə sayıqlıqı və konsentrasiyanı bütün oyun boyu saxlamaq lazımdır.

Planlaşdırma

Şahmat oynayan zaman, həmişə 2-3 gediş irəli hesablayırsan və bu vərdiş həyatdada öz əksini tapır. Məsələn: mən səhər tezdən oyananda bir şeyi vaxtında çatdırmaq üçün qabaqcadan hesablayıram.

Təsəvvür etmə qabiliyyəti

Beyində düşünmək fantaziyanı və təsəvvürü inkişaf etdirir. Helə-belə şahmatı təkcə idman deyil, həmdə incəsənət adlandırırlar. Zəngin fantaziya – yaradıcılıqın əsasıdır.

Vaxtın idarəolunması

Şahmat vaxtın idarəolunmasında üç növdə olur: classical, rapid, blitz, bullet. Təyin olunmuş vaxt ərzində oyunu bitirmirsənsə, məğlub olursan. Beləliklə, şahmat – vaxtı düzgün bölüşdürməyi öyrədir, və bu rəhbərliyin verdiyi tapşırıqı vaxtında yerinə yetirmək üçün çox vacib amildir.

Stressə davamlılıq

Oyunlara ciddi hazırlaşırsan, ancaq təcrübə toplayıb qalib gələnə qədər çoxlu sayda məğlubiyətlə üzləşirsən. Belə olan halda, çətinliklər işdə çox asan aradan qaldırıla bilir.

İradə və xarakter

Digər idman növləri kimi, şahmatda xarakteri və iradəni möhkəmlədir. Səndə yeni arzu yaranır. Sən bu arzuya çatmaq istəyirsən, zərbələrə tab gətirməyə və təslim olmamağa öyrənirsən.

Müəllif: Ismayil Hajihasanov












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə