Dünyanın 10 ən qəribə və maraqlı peşələri

15 aprel, 2018 0 1 731


Dünyanın 10 ən qəribə və maraqlı peşələri


1. İnək pedikürçüsü. Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

2. Qoltuq atlı iyləyən. Antipersperant və dezodorant istahsal edən şirkətlərə qoltuq atltı iyləyən işçilər tələb olunur. Demək bu işçi həmin antipersperantı bir qrup insanların qoltuqlarının altına çəkir və həmin gün ərzində məhsulun qoltuqda neçə saat qaldığını və necə təsir etdiyini iyləyərək müəyyən edir.

3. Yastıq düzəldən. Bahalı yataq dəsti mebeli satılan mağazalar üçün bu işlə məşğul olan xüsusi işçilər tələb olunur. İşçi sadəcə gün ərzində mağazanı gəzərək əzilmiş yastıq və yorğanları düzəltməlidir.

4. Yumurta iyləyən. Çox nadir peşə adlansa da dünyanın bütün bahalı restoranlarında bu peşənin sahibləri var. İşin təsviri mətbəxdə bütün yumurtaları iyləyərək yeməyin və şirniyyatın tərkibinə qatılacaq yumurtanın lax olmamasından əmin olmaqdır.

5. Cücələrin cinsini müəyyən edən menecer. Səhvsiz olaraq cücənin dünyaya gəlməsindən bir saat sonra cücənin cinsini müəyyən etməlidir. Hesab edirlər ki, quşların qidalanması və qulluq edilməsi bundan asılıdır.

6. Ayaqyolu tapan. Bu peşə Yaponiyada dövlət qulluğu hesab olunur. Belə ki,Yaponiyada şəhərin mərkəzində bir neçə Gid dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edə bilərsiniz.

7. Qulaq təmizləyənlər. Hindistanda xüsusi olaraq qulaq təmizləyənlər var. Belə ki, nəsildən nəsilə ötürülən bu peşə günümüzdə həm gigyenik cəhətdən, həm də insanlar utandığı üçün artıq bu peşə sahiblərinin xidmətindən çox istifadə etməsə də, qulaqtəmizləyənlər bu peşəni yaşatmaq istəyirlər.

8.Təyinatlı qohum. Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət açılmışdı. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var.

9.Növbə saxlayan. Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır, nəticə əldə etmək üçün lazım gələrsə dalaşıb-savaşır da. Xidmətin saatı 40 dollardır.

10.Qarışqa seleksiyaçısı. Qarışqa fermalarına dəvət alaraq yığılan qarışqaların hansından zəhər (tibbdə istifadə olunur) alınacağını müəyyən edir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gojob.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə