Mikro menecment

23 mart, 2018 0 2 453


Mikro menecment


Mikro menecerin tipik xüsusiyyətləri belədir:

1- İşləri paylaşmaqdan çəkinir.

2- Başqalarının məsuliyyətindəki layihələrə nəzarət edir.

3- Ümumi düşünmək yerinə, kiçik detalları düzəltmək üçün əlləşir.

4- Tapşırdığı işdə səhvlər tapınca, hələ ki yekunlaşmadan öz əlinə almağı seçir.

5- Özü ilə müzakirə edilmədən verilən qərarları rədd edir.

6- Görülən işlərin hər zaman daha yaxşı ola biləcəyini fikirləşir.

7- Xırdalıqların üzərində dayanıb səhvlər axtarır və tapınca da onları düzəltməkdən zövq alır.

8- Hər zaman işçilərinin harada və nə etdiyini bilmək istəyir.

9- Əhəmiyyətli/əhəmiyyətsiz hər işlə bağlı məlumatı bilmək istəyir.

10- Hər hansı struktur bölmədən çıxan hər emaildə CC-lənmək onu rahatladır.

İşlər yolundadırsa, problem nədir?

Mikro menecer çox vaxt öz menecment üsulunu yaratdığı bəsit bir təcrübə ilə isbat etdiyini iddia edər. Bir işçiyə tapşırıq verər və son müddət bitənə kimi heç bir şeyə qarışmaz.

Bu işçi heç bir yönləndirmə olmadan vəzifəsini qüsursuz bir şəkildə yerinə yetirə biləcəkmi? Yoxsa, son müddət yaxınlaşdıqca panikaya düşüb menecerinə min bir sual və problemləmi çıxacaq?

İşinin əhli olanlar meneceri ilə işini minimum problemsiz yekunlaşdıracaqlar. Amma əyər bu mütəxəssislər bir mikro menecerlə işləməyə vərdiş olublarsa, menecerləri tərəfindən daimi işlərinə müdaxilə edilməsinə vərdiş olduqlarından, bu işçilərin özlərinə inamının azaldığını, işlərini məsləhətləşərək və həmişə təsdiq alaraq etməyə alışdıqlarını görərik. Belə vəziyyətdə olan işçilərin “Nə etsəm də kifayət qədər yaxşı olmayacaq” deyə fikirləşməkləri təbiidir, qaçılmazdır. Nəticədə, son müddət gələndə çox vaxt bu 2 vəziyyətdən biri olur : ya son müddətdən bir neçə gün əvvəl işçi meneceri ilə məsləhətləşəcək, ya da öz qərarına əsasən, yetərsiz ya da uyğun olmayan bir nəticə ilə təhvil verəcək. Hər iki vəziyyətdə də, mikro menecer təcrübənin nəticəsinin, işçilərə müdaxilə etməyin labüd olduğu şəklində anlayacaq və mikro menecmentin effektiv bir menecment şəkli olduğunu müdafiə edəcək.

Bu nəticə doğurdan da mikro menecmentin dəyərini sübut edirmi? Yoxsa təcrübəyə fərqli bir bucaqdan baxanda mikro menecmentin zərərlərimi görünür?
Effektiv Menecer vs. Mikro Menecer

Effektiv bir menecer arxasınca gələn menecer namizədlərini qısa və orta səviyyəli planlarla öz yerinə yetişdirməyi planlaşdırır.Digər tərəfdən, mikro menecer işçilərinin hər hansı bir qərar verməyinə və ya məsuliyyətlərinə sahib çıxmaqlarına mane olur. Əslində, məsuliyyət almaq və edilən səhvlərlə üzləşmək və nəticələrinə qatlanmaq, insanı təkmilləşdirən və peşəkarca yetkinləşməyi təmin edən əhəmiyyətli bir prosesdir. Mikro menecer bu yolu işçiləri üçün bağlayır.

Yaxşı menecer işçilərinə məsuliyyət yükləməli və daha çox məsuliyyət almaqları üçün fürsət yaratmalıdır. Pis menecer, işçilərinin əlindən bunun kimi fürsətləri alır. Özünün heç bir məsuliyyətə sahib olmadığını düşünən işçi işini öz başına görə bilmir, daimi yaxın nəzarət və təsdiqə ehtiyac duyur. Belə işçiləri idarə etmək üçün menecer daha çox vaxt və enerjisini insan idarə etməsinə ayrımağa məcbur qalır. Üstəlik bütün işçilər menecerin davranışları nəticəsində özlərini yetərsiz, işə yaramaz, özlərindən əmin olmayan mütəxəssislər kimi görməyə başlayırlar.

İnsan idarə etməsinə ayırdığı zaman və efora görə, mikro menecerin stratejik işlərin planlaşdırmasına vaxtları qalmır. Analiz/təhlil etmək, struktur bölmələrin işlərini planlaşdırmaq, bu planları effektiv şəkildə yazılı və şifahi ifadə etmək və şirkətin vizyonu içərisində öz rolunu plandan həyata keçirmək imkansız hala gəlir. Mikro menecment üsulu ucbatından, menecer əhəmiyyətli öhdəliklərini bir kənara qoyaraq komandasının etməli olduğu gündəlik işlərin içində itib-batır.

Mikro menecment












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Vüsal Xudaverdiyev
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə