Bazar ertəsi sindromunu necə aradan qaldırmaq olar?

06 yanvar, 2020 1 959


Bazar ertəsi sindromunu necə aradan qaldırmaq olar?


Xəyallarınızın şirkətində işləyərkən belə bəzən bazar ertəsi günlərinin təqvimdən silinməsini istəyə bilərsiniz. “Psychologies.ru” həftəni pis əhval-ruhiyyə ilə başlamamaq üçün 10 sadə ayini tövsiyə edir:


1. Bazar gününü özünüz üçün həftənin ilk günü elan edin

Əvvəla, bazar gününü ən kədərli gün hesab etməyi tərgidin. Məhz onunla yeni həftənin geri sayımına başlayın: Gecikmiş səhər yeməyinə gedin, kənd təsərrüfatı məhsulları satılan bazarı gəzin və ya köhnə dostunuzla görüşün. Rahatlayın!

2. Bazar ertəsi axşamına maraqlı bir hadisə planlaşdırın

Qəribə səslənir. Lakin işə yarayır. Əgər maraqlı bir tədbir planlaşdırsanız, axşamı səbirsizliklə gözləyəcəksiniz. Dostlarla stolüstü oyunlar, kinoteatrda gecə seansı və ya pizza yemək üçün sevimli kafenizə getmək və s. faydalı olar. Ən xoşladığınız şeyləri həftəsonuna saxlamayın. Belə qərarlar həyata rəng qatır.

3. Görüləcək işlər siyahısını qısaldın və prioritetləri müəyyən edin

Çox vaxt bazar ertəsi sizə uzun gün kimi gəlir, çünki bu gün üçün çox şey planlaşdırırsınız. Təkcə təxirəsalınmaz işlərlə məşğul olmaq deyil, həm də yeni layihələr üzərində çalışmaq istəyirsiniz. Görüləcək işlər gündəlikdə bir neçə səhifə yer tutur və nahara vaxtınız qalmır.

Prioritetləri təyin edin. Həftənin əvvəlində yalnız təcili vəzifələri yerinə yetirməyi fikrinizdə tutun və savadlı planlaşdırmaya daha çox vaxt ayırın.

4. Geyiminizi əvvəlcədən seçin

Paltarınızı əvvəlcədən hazırlayın, yuxudan bir saat əvvəl oyanın, geyiminizi ütüləyin, ətir vurun. Gözəl görünüş və bununla bağlı xoş sözlər ən yaxşı motivatordur. Üstəlik, gözəl göründüyünü bilmək insanın gərginliyini əhəmiyyətli dərəcədə azaldır.

5. Yeni “podcast”ları dinləyin

Həqiqətən, bəyəndiyiniz podkastları tapın və işə gedərkən qulaq asmaq üçün mobil tetefonunuza yükləyin. Həftəsonunu dincəlməyə həsr edin və yeni həftəyə yeni biliklərlə başlayın. Öyrəndiklərinizi növbəti 24 saat ərzində dərhal həyata keçirməyə başlaya bilərsiniz.

6. Günlük iki litr su normanızı fərqli edin

Hamımız bilirik ki, beyinin aktiv fəaliyyəti üçün gündə ən azı altı stəkan təmiz su içilməlidir. Lakin bəzən bu, bezdirici olur və faydalı vərdişi ləzzətli etmək istəyirsiniz. Buna görə suya limon və ya xiyar, yaxud da portağal dilimi, yaxud da nanə yarpaqları əlavə edin. Beləcə işdə özünüzü daha gümrah hiss edəcəksiniz.


7. Yeni bir qab hazırlayın

Kulinariya böyük şəhərlərin sakinlərinə terapevtik təsir göstərən bir növ meditasiyadır. İnternetdə yeni reseptlər axtarın. Dondurulmuş qidalar, əlbəttə, daha praktikdir, ancaq əl qabiliyyətinizi də yoxlamalısınız.

8. Şəhərdəki ən yaxşı fitness dərslərini sifariş edin

Hələ idmanla məşğul olmursunuzsa, elə indi bunu etmək vaxtıdır. Xoşunuza gələn bir şey tapın. Məsələn, bazar ertəsi pilates sizə fövqəladə bir enerji verəcək, həftənin sonundakı yoqa məşqləri isə itirilmiş gücü bərpa etməyə və rahatlamağa kömək edəcək.

9. Erkən yatın

Saat 21:30 radələrində yataqda olmağı bir qayda halına gətirin. Bundan əvvəl sakitləşdirici vanna qəbul edin, bir fincan bitki çayı için və mobil cihazları səssiz rejimə qoyun. Yatmazdan əvvəl işlərinizi planlaşdırın və ya kitab oxuyun.

10. Təzə yataq dəsti salın

Təravət ətrindən gözəl nə ola bilər? Bu, daha sürətli yuxuya getməyinizə və əla əhvalla oyanmağınıza səbəb olacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Finco.az
Oxşar məqalələr
Şərhlər
Jacky20 iyul 2024, 20:59
I've been surfing online more than 4 hours today, yet I never found any interesting article like yours.
It is pretty worth enough for me. In my opinion, if all webmasters and bloggers made good content as you did, the web will be much
more useful than ever before.

Here is my website :: Rohn
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə