1. Satış xüsusiyyətlərini və satış psixologiyasını yaxşı bilməlidir.
Satışı iki başlıq vurğulamaq istəyirəm. Birinci başlıq: Professional satış. İkinci başlıq: Şirkət daxili satış. Professional satış ən gəlirli sahələrdən sayılmaqdadır. Yalnız düşünüldüyü qədər asan məsələlərdən olmayan bu sahəyə tam yiyələnmək üçün ilk öncə ustadların kitablarını, yazılarını oxumaq, öyrənmək və dəfələrlə tətbiq etmək gərəklidir. Müştəri və insan psixologiyasını yaxşı şəkildə öyrənmək gərəklidir. Professional satışa maraq gərək insanların özündə də olsun. Şirkət daxilində olan satışın vacibliyini bildirmək üçün onu söyləyə bilərəm ki əgər satış varsa işlər qaydasındadır. Satış yoxdursa vəziyyət heç də ürək açan deyil demək.
2. Satdığı məhsulu mükəmməl tanımalıdır.
Satış mütəxəssisi satdığı məhsulu yaxşı tanımalıdır. Müştəri qarşısında çıxa biləcək sual və qaranlıq bir hissə qalmamalıdır mütəxəssis üçün. İlk öncə özü öz məhsuluna inanmalı və onu sevməlidir. Yalnız bu halda qarşı tərəfə onu sata biləcəkdir
3. Olduğu bazarı yaxşı analiz etməlidir.
Satış mütəxəssisi bazarın ehtiyaclarını bilmək üçün o bazarı yaxşı analiz etməyi bacarmalıdır. Müştəri təlabatının nə yerdə olduğu, hansı sektorlarda boşluqların olduğunu, nə ölçüdə məhsul gərəkdiyini analiz edə bilmək üçün bazar analizini edə bilmək vacibdir.
4. Xarici dil və dünya görüşü olmalıdır.
Əgər rəqabətli bazarda satış mütəxəssisi bir addım öndə olmaq istəyirsə sadecə satışda bilik və bacarıqlar deyil xarici dil biliyinə də sahib olmalıdır. Dünya görüşünün yüksək olması isə onu qısa zamanda sahəsinin pik nöqtəsinə aparacaqdır.
5. Sosial medianı mükəmməl bilməlidir.
Günümüz rəqəmsal biznes dövrüdür. İndi hər hansısa bir insan sosial şəbəkələrdən istifadə edərək öz biznesini qurur, sosial media üzərindən məhsulıarını satır, yaxud özünün brandingini aparır. Bunun üçün də satış mütəxəssisi sosial medianı mükəmməl bilməlidir.
6. Marketing departamenti ilə işləyə bilmə bacarığının olması.
Əgər şirkət içərisində bir satış mütəxəssisidirsə marketing departmenti ilə düzgün işləməyi bacarmalı, onlarla qarşılıqlı fikir mübadiləsində ola bilməlidir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Cavidabasov.com